Satış meneceri
AzeriMed
Müddət: 2025-02-25 - 2025-03-25

Baxış sayı: 213
Vakansiya № 1013296
Şəhər:
Bakı
İşin təsviri:
- Laboratoriya cihazları, avadanlıqlar, reaktivlər və digər tibbi ləvazimatların satışını təşkil etmək və həyata keçirmək.
- Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əlaqələri davamlı olaraq gücləndirmək.
- Müştərilərlə görüşlər təşkil edərək yeni məhsullar, nümunələr və xidmətlər barədə ətraflı məlumat vermək.
- Müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək və müsbət, uzunmüddətli əlaqələr qurmaq.
- Təyin olunmuş satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün effektiv strategiyalar hazırlamaq.
- Satış prosesinin hər bir mərhələsini izləmək, təhlil etmək və satış fəaliyyətlərini optimallaşdırmaq.
- Satış hesabatlarını müntəzəm olaraq hazırlayıb rəhbərliyə təqdim etmək.
Tələblər:
- Ali təhsil (biomühəndislik ixtisası üstünlük təşkil edir).
- Tibbi biliklərə və ya tibb sahəsində təcrübə.
- Xarici dil biliyi (İngilis dili və ya rus dili).
- Satış meneceri və ya müvafiq sahədə minimum 1 il təcrübə.
- Əla ünsiyyət və təqdimat bacarıqları, təqdimat və təkliflər hazırlamaq bacarığı.
- Komanda ilə işləmə bacarığı, təşəbbüskar və nəticə yönümlü yanaşma.
İş şəraiti:
- Əmək haqqı: 700-1500 AZN (namizədin bilik və bacarıqlarına əsasən dəyişə bilər).
- İş rejimi: I-V günlər - 09:00-18:00.
- Peşəkar inkişaf imkanları və komandada iş mühiti.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “Satış meneceri” qeyd edərək CV formasını cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar