Sənədlərlə iş üzrə mütəxəssis
Avant Group
Müddət: 2024-07-10 - 2024-08-09
Baxış sayı: 2281
Vakansiya № 1012270
Şəhər:
Bakı
- Sənədlərin elektron sənəd dövriyyəsi sistemində vaxtında, dəqiq uçotu və təyinatı üzrə paylanmasının təşkil edilməsi;
- Sənədlərin təyinatı üzrə çatdırılmasına nəzarətin təmin edilməsi;
- Xaric olan sənədlərin qeydiyyatı, uçotu və rəsmiləşdirilib poçt müəssisəsinə verilməsinin təmin edilməsi;
- İcrası nəzarət tələb edən tapşırıqların uçotu və icrasının nəzarətdə saxlanılması;
- Rəhbərin qol çəkməsi üçün sənədləri və işçilərin şəxsi ərizələrini qəbul edir;
- Kargüzarlıq işini aparır, rəhbərliyin adına gələn korrespondensiyanı qəbul edir, müəssisə, idarə və təşkilatlarda qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirir, rəhbərlik baxdıqdan sonra, iş prosesində istifadə etmək və ya cavab hazırlamaq üçün onu bölmələrə və ya konkret icraçılara verir və nəzarət altına alır, rəhbərliyin tapşırığının yerinə yetirilməsi müddətinə nəzarət edir;
- Kadr işlərinin aparılması və kadr sənədlərinin arxivləşdirilməsinin təmin edilməsi;
- Müqavilələri hazırlamaq və təsdiqlənməsi işləri başa çatdıqdan sonra, arxivləşdirilməsini təmin etmək;
- Məktubların yazılması, qeydiyyata alınması, göndərilməsi, qəbul edilməsi, arxivləşdirilməsi;
Vəzifəyə olan tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq
- Kompüter bilikləri: Microsoft Office proqramları
- Dil bilikləri: Azərbaycan dili , (Rus dili arzuolunandır)
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
İş şəraiti:
- İş yeri - Çıraq Plaza
- İş qrafiki: 5 gün (şənbə, bazar istirahət günü)
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: 1000 AZN net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Sənədlərlə iş üzrə mütəxəssis” yazaraq vusala.racabova@avantgroup.az elektron ünvanına göndərə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar