SƏTƏM üzrə mütəxəssis
ABB-İnvest İnvestisiya Şirkəti QSC
Müddət: 2026-11-16 - 2026-12-16
Baxış sayı: 44
Vakansiya № 1015962
Şəhər:
Bakı
İş şəraiti
- Şəhər: Bakı
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı)
- Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri
- Şirkətdə sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit (SƏTƏM) üzrə tələblərin tətbiqini və icrasını təmin etmək;
- SƏTƏM üzrə daxili siyasət, prosedur və təlimatların hazırlanması, yenilənməsi və tətbiqində iştirak etmək;
- Şirkətin ofis və digər iş sahələrində əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə planlı və plandankənar yoxlamalar aparmaq;
- İş yerlərində mövcud təhlükələri müəyyənləşdirmək, riskləri qiymətləndirmək və onların azaldılması üzrə tədbirlər hazırlamaq;
- Yeni işçilər, təcrübəçilər və podratçılar üçün əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş təlimatlarını təşkil etmək və keçirmək;
- İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- Yanğın təhlükəsizliyi, təxliyə və fövqəladə hallara hazırlıq tədbirlərinin təşkilini və icrasını koordinasiya etmək;
- İş yerlərində baş vermiş qəza və insidentlərin araşdırılmasında, səbəblərinin müəyyənləşdirilməsində və qabaqlayıcı tədbirlərin hazırlanmasında iştirak etmək;
- İş yerlərinin attestasiyası ilə bağlı təşkilati və koordinasiya işlərini həyata keçirmək;
- SƏTƏM üzrə sənədlərin, qeydiyyat jurnallarının, hesabatların və digər müvafiq sənədlərin hazırlanmasını və aktual saxlanılmasını təmin etmək;
- Şirkətin fəaliyyətinin qüvvədə olan əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ekoloji təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət etmək.
Tələblər
- Ali təhsil (əməyin mühafizəsi, texniki, mühəndislik və ya digər müvafiq ixtisaslar üzrə);
- SƏTƏM və ya əməyin mühafizəsi sahəsində 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlar üzrə biliklər;
- Risklərin qiymətləndirilməsi, təhlükələrin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin hazırlanması üzrə praktiki bacarıqlar;
- Əməyin mühafizəsi üzrə təlimatların, prosedurların və hesabatların hazırlanması təcrübəsi;
- Yanğın təhlükəsizliyi, təxliyə planları və fövqəladə hallara hazırlıq üzrə biliklər;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Maraqlanan namizədlər öz CV-lərini hr@abbinvest.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində “SƏTƏM üzrə mütəxəssis” vəzifəsini qeyd etməyi unutmayın.
Bu kateqoriyada digər vakansiyalar
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| SƏTƏM üzrə mütəxəssis | OBA marketlər şəbəkəsi | 2026-10-21 - 2026-11-21 |
Bu şirkətin digər vakansiyaları
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Hüquqşünas | ABB-İnvest İnvestisiya Şirkəti QSC | 2026-11-12 - 2026-12-12 |