SƏTƏMM üzrə mütəxəssis (Biləcəri)
Azərbaycan Dəmir Yolları QSC
Müddət: 2025-03-19 - 2025-04-19

Baxış sayı: 256
Vakansiya № 1013490
Şəhər:
Bakı
İşin təsviri:
- İş rejimi: 5 günlük iş həftəsi 09:00-18:00
- Əmək şəraiti: açıq və qapalı məkan
- SƏTƏMM sahəsi üzrə texniki monitorinqlər keçirmək və işlərin icrasını araşdırmaq
- Sənədləşdirməni təmin etmək və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər görmək
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyinə nəzarət etmək
- Sanitariya, ekologiya və ətraf mühitin mühafizəsinə riayət olunmasını təmin etmək
- Əmək şəraitinin yaxşılaşdırılması və əməyin təhlükəsizliyi üzrə struktur qurum və bölmələrin fəaliyyətini əlaqələndirmək
- Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində təlimlər təşkil etmək və əmək kollektivini maarifləndirmək
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işçi heyətinin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət etməsini nəzarət etmək
- SƏTƏMM sahəsində monitorinqlər keçirmək və çatışmazlıqları aradan qaldırmaq
- Mülki müdafiə tədbirlərinin planlaşdırılması və fövqəladə halların qarşısının alınması üzrə tədbirləri təşkil etmək
- Hesabatların hazırlanması və qeydiyyatını təşkil etmək
- ADY daxili və xarici ezamiyyələr.
Tələblər:
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə)
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər
- Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
- Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
- Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair biliklər
- Xarici dil: İngilis/Rus dili - orta;
- MS Office - yaxşı;
- Nəticəyönümlülük;
- Risklərin idarə edilməsi;
- Diqqətlilik.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/ady/ady-setemm-uzre-mutexessis-bileceri-5302/apply
Bu şirkətin digər vakansiyaları