Sistem İnzibatçısı (System Administrator)
HR TEAM MMC Müddət: 2026-04-23 - 2026-05-23
Baxış sayı: 69 Vakansiya № 1015399
Şəhər:

Bakı


 Vakansiya: Sistem İnzibatçısı (System Administrator)

Şirkət haqqında
Biz ERP və SAP sistemlərinin tətbiqi ilə yanaşı, şirkətlər üçün IT infrastrukturunun qurulması, texniki dəstək və inteqrasiya xidmətləri təqdim edirik. Layihələrimizdə serverlər, şəbəkə, istifadəçi dəstəyi və IP telefon sistemləri ilə kompleks şəkildə işləyirik.

İş mühiti
Şəbəkə inzibatçısı ilə birgə infrastrukturun idarə olunması
Layihə meneceri (PM) ilə koordinasiyalı iş
Helpdesk komandası ilə istifadəçi problemlərinin həlli

Vəzifə öhdəlikləri :
Windows Server və Linux sistemlərinin qurulması və idarəsi
Serverlərin stabil işləməsinin təmin edilməsi
Active Directory idarəetməsi
ERP və SAP sistemlərinə texniki dəstək
Backup sistemlərinin qurulması və yoxlanılması
VPN, VoIP və şəbəkə problemlərinin həlli
Mail server və korporativ e-poçt sistemlərinin idarəsi
Domain, DNS və hosting mühitlərinin idarə olunması
SSL sertifikatlarının quraşdırılması və yenilənməsi
Sistem monitorinqi və performansın izlənməsi

Tələblər:
2-3 il real iş təcrübəsi (Sistem inzibatçılığı)
Windows Server və Active Directory üzrə praktiki bilik
Linux üzrə baza biliklər
Şəbəkə bilikləri (TCP/IP, DNS, DHCP, VPN)
Virtualizasiya (Hyper-V / VMware) təcrübəsi
MS SQL üzrə ilkin biliklər
Mail sistemləri, DNS və hosting mühitləri üzrə təcrübə
Analitik düşüncə və problem həll etmə bacarığı

 Vacib qeydlər
 Yalnız real sistemlərlə iş təcrübəsi olan namizədlər
 Praktiki müdaxilə və troubleshooting bacarığı vacibdir
 Helpdesk səviyyəsindən yuxarı problemlərlə işləmə təcrübəsi olmalıdır

Üstünlüklər
ERP/SAP təcrübəsi
Outsource layihələrdə iş
VoIP sistemlərinin qurulması təcrübəsi

Təklif edirik
Real layihələrdə iştirak
Müxtəlif texnologiyalarla kompleks təcrübə
Stabil iş mühiti
Rəqabətli əmək haqqı

 

Maraqlanan namizədlər CV-lərini career@hrteam.az ünvanına mövzu hissəsində “Sistem İnzibatçısı (System Administrator)” qeyd edərək göndərə bilərlər.