SMM mütəxəssis (Fortex showroom)
PAY Group Müddət: 2025-09-16 - 2025-10-16
Baxış sayı: 716 Vakansiya № 1014628
Şəhər:

Bakı


İşin təsviri:

  • Fortex Showroom-un sosial media hesablarının gündəlik idarə olunması;
  • Maraqlı və diqqətçəkən mətn, foto və video məzmunların (postlar, elanlar, reels, gündəlik hekayələr və s.) mütəmadi hazırlanması və paylaşılması;
  • Sosial media izləyiciləri ilə ünsiyyətin qurulması, sorğuların cavablandırılması;
  • Ads Manager üzərindən reklam kampaniyalarının yaradılması, izlənilməsi;
  • Aylıq reklam büdcəsinin təyin olunması və düzgün idarə edilməsi;
  • Paylaşımların (post, video, reels) aylıq plana uyğun hazırlanması və vaxtında paylaşılması;
  • Storylərin gündəlik aktiv saxlanılması;
  • Brend imicinin qorunması və inkişafı üçün yeni ideyaların təqdim olunması;
  • Rəqib analizlərinin aparılması və strategiyaya uyğunlaşdırılması.

Tələblər:

  • Orta və ya ali təhsil;
  • Uyğun sahədə 1 il iş təcrübəsi mütləqdir;
  • CapCut, VN, Videoleap, Canva, Instories və bənzər proqramlarla sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir;
  • Yaş həddi 22-35 yaş arası;
  • Xanım namizədlərə üstünlük veriləcək.

İş şəraiti:

  • İş qrafiki: Həftənin 5 günü;
  • İstirahət günü: Şənbə, bazar;
  • Nahar şirkət tərəfindən verilir;
  • Rəqabətə davamlı əmək haqqı. 

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi hr@paygroup.az elektron poçt ünvanına göndərə bilərsiniz. 

Qeyd: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.


Bu kateqoriyada digər vakansiyalar