SMM mütəxəssisi – satışyönümlü (1/2ştat)
Brand Credit BOKT MMC Müddət: 2026-07-06 - 2026-08-06
Baxış sayı: 23 Vakansiya № 1015568
Şəhər:

Bakı


İşin təsviri:

  • Instagram, Facebook, TikTok və digər sosial şəbəkələrdən daxil olan mesajların operativ və nəzakətli şəkildə cavablandırılması
  • Potensial müştərilərə şirkətin məhsul və xidmətləri haqqında ətraflı məlumat verilməsi
  • Müştərilərin müraciətlərinin satışa yönləndirilməsi və izlənilməsi
  • Sosial şəbəkələr üzərindən yeni müştərilərin cəlb olunmasına dəstək göstərilməsi
  • Rəhbərlik tərəfindən verilən digər əlaqəli tapşırıqların yerinə yetirilməsi

Tələblər:

  • Azərbaycan dilində səlis yazılı ünsiyyət bacarığı
  • Sosial şəbəkələrdən aktiv istifadə bacarığı
  • Məsuliyyətli, operativ və ünsiyyətcil olmaq
  • Satış və ya müştəri xidməti sahəsində təcrübə üstünlük hesab olunur
  • Komanda ilə işləmək və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı

İş şəraiti:

  • İş qrafiki: 5 günlük (yarım ştat) 
  • İstirahət günləri: Şənbə və bazar 
  • Əmək haqqı qarşılıqlı razılıq əsasında
  • Sosial şəbəkələr vasitəsilə cəlb edilən hər yeni müştəriyə görə əlavə bonus
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində SMM mütəxəssisi qeyd etməklə hr@brandcredit.az elektron ünvanına göndərə bilərlər.