Sosial Media Marketinqi üzrə Mütəxəssis
Improve group
Müddət: 2026-06-10 - 2026-07-10
Baxış sayı: 32
Vakansiya № 1015509
Şəhər:
Bakı
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, LinkedIn və s.) gündəlik idarə olunması;
- Kontent planlarının hazırlanması, idarə olunması və icrası;
- Post, storis, reels və digər məzmunların hazırlanması və paylaşılması;
- Restoran filialları və əyləncə mərkəzlərində foto və video çəkilişlərin həyata keçirilməsi;
- Çəkilmiş materialların CapCut, Canva və digər mobil tətbiqlər vasitəsilə ilkin montaj və redaktəsinin aparılması;
- Sosial media kampaniyalarının və reklam fəaliyyətlərinin dəstəklənməsi;
- Sosial media göstəricilərinin izlənilməsi, təhlili və mütəmadi hesabatların hazırlanması;
- İzləyicilərdən daxil olan sorğu və rəylərin operativ cavablandırılması;
- Yeni kontent ideyalarının hazırlanması və sosial media trendlərinin araşdırılması;
- Brend standartlarına uyğun kommunikasiya və vizual təqdimatın təmin edilməsi;
- Engagement və izləyici artımına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi;
- Viral və trend kontentlərin araşdırılması və tətbiqi;
- Bir neçə brend üzrə sosial media fəaliyyətlərinin koordinasiyası.
Kvalifikasiya tələbləri:
- Təhsili: Ali və ya orta ixtisas təhsili;
- İş təcrübəsi: Sosial media sahəsində minimum 1 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
- Sosial media platformalarının alqoritmləri və işləmə prinsipləri üzrə biliklər;
- Mobil telefon vasitəsilə keyfiyyətli foto və video çəkiliş bacarığı;
- CapCut, Canva və ya oxşar proqramlarda işləmək bacarığı;
- Kontent planlama və sosial media idarəetmə bacarıqları;
- Kreativ düşüncə və ideya yaratma bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Analitik düşünmə və nəticəyönümlü fəaliyyət göstərmə bacarığı;
- Trendlərə sürətli adaptasiya və çeviklik bacarığı;
- Detallara diqqət və keyfiyyətə fokuslanma bacarığı;
- Vaxtın effektiv idarə olunması və deadline-lara əməl etmə bacarığı;
- Komanda ilə işləmək və ünsiyyət qurmaq bacarığı;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Axşam saatlarında restoran filiallarına və əyləncə mərkəzlərinə səfər etməyə hazır olmaq.
- Bəy namizədlərə üstünlük verilir.
Təklif edirik:
- Əmək haqqı: 750–850 AZN (namizədin təcrübə və bacarıqlarından asılı olaraq);
- Karyera inkişafı və öyrənmə imkanları;
- Gənc və dinamik komandada çalışma imkanı;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Müxtəlif brendlər və layihələr üzərində işləmək imkanı;
- Rahat və motivasiyaedici iş mühiti.
Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Sosial Media Marketinqi üzrə Mütəxəssis” başlığı ilə hr@improve.az elektron poçt ünvanına göndərə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Sosial media mütəxəssisi | Antaris | 2026-05-25 - 2026-06-25 |





