Təkrarsığorta üzrə kiçik mütəxəssis/assistent
Paşa Sığorta Müddət: 2026-07-31 - 2026-08-31
Baxış sayı: 71 Vakansiya № 1015644
Şəhər:

Bakı


Təkrarsığorta üzrə kiçik mütəxəssis/assistent

Vakansiya haqqında məlumat:

PAŞA Sığorta ASC namizədləri Təkrarsığorta üzrə kiçik mütəxəssis/assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə Təkrarsığorta və Anderraytinq Departamentinə hərtərəfli dəstəyin göstərilməsini nəzərdə tutur. Əsas fəaliyyət daxil olan sorğu və təkliflərin ilkin təhlili, rəhbərlik altında müvafiq risklərin təkrarsığortası prosesində iştirak, debitor və kreditorların idarə olunmasına yardım etməkdən ibarətdir. Təkrarsığorta üzrə kiçik mütəxəssis/assistent, həmçinin şirkətin öz riskləri üzrə əlverişli təkrarsığorta şərtlərinin əldə edilməsi üçün aparılan danışıqlara cəlb olunur, tərəfdaşlarla yazışmalara dəstək göstərir və maraqlı tərəflər üçün təqdimatların hazırlanmasında iştirak edərək departamentin gündəlik operativ fəaliyyətinin səmərəliliyinə töhfə verir.

Öhdəliklər

  • Daxil olan sorğu və təklifləri ilkin təhlil etmək və müvafiq risklərin təkrarsığortası prosesində iştirak etmək;
  • Debitor və kreditorların araşdırılması və ödənilməsi ilə bağlı işlərin icrasında yardım göstərmək;
  • Şirkətin öz riskləri üzrə əlverişli təkrarsığorta şərtlərinin əldə edilməsi prosesinə dəstək vermək;
  • Təkrarsığorta həcminin genişləndirilməsi və sliplərin yenilənməsi məqsədilə təkrarsığorta şirkətləri ilə yazışmalar aparmaq;
  • Şirkətin risk iştahını aşan risklər üzrə analitik məlumatların və hesabatların hazırlanmasında iştirak etmək;
  • Sığorta şirkətləri, brokerlər və təkrarsığorta şirkətləri üçün təqdimatların hazırlanmasında köməklik göstərmək;
  • Şöbənin gündəlik və operativ məsələlərinin icrasında iştirak etmək.

Bilik və Bacarıqlar

  • Yüksək riyazi-analitik düşüncə tərzi;
  • Diqqətcil və detallara qarşı həssaslıq;
  • Güclü ünsiyyət qurma bacarığı;
  • Yüksək məsuliyyət hissi;
  • Komandada işləmə bacarığı;
  • Stresə davamlılıq;
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Təhsil və Təcrübə

  • Ali təhsil (İqtisadiyyat, Hüquq, Riyaziyyat, Maliyyə və ya əlaqəli sahələr üzrə);
  • Müvafiq sahə üzrə iş təcrübəsi tələb olunmur.

Bizim Təklifimiz

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Rəqəmsal və çevik iş mühitində təcrübə;
  • Dəstəkləyici və əməkdaşlığa açıq komanda mühiti;
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.