Ümumi audit şöbəsinin auditoru
Bank of Baku Müddət: 2026-07-21 - 2026-08-21
Baxış sayı: 45 Vakansiya № 1015603
Şəhər:

Bakı


Vəzifə öhdəlikləri:

  • Bankın informasiya texnologiyaları və informasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və monitorinqinin həyata keçirilməsi
  • İT prosesləri, sistemləri və layihələri üzrə risk analizlərinin aparılması və risk rəylərinin təqdim edilməsi
  • Yeni məhsul, xidmət və sistem dəyişiklikləri üzrə risk qiymətləndirilməsində iştirak
  • İT risk indikatorlarının (KRI) hazırlanması, izlənilməsi və hesabatlılığının təşkili
  • İT insidentləri, sistem nasazlıqları və informasiya təhlükəsizliyi hadisələrinin risk baxımından təhlili
  • İT sahəsi üzrə daxili nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi
  • Basel, ISO 27001, COBIT, NIST və digər beynəlxalq təcrübələrə uyğun risk yanaşmalarının tətbiqində iştirak
  • Müvafiq komitə və rəhbərlik üçün İT risk hesabatlarının hazırlanması
  • Business Continuity və Disaster Recovery prosesləri üzrə risk qiymətləndirilməsində iştirak

Texniki səriştəliklər

  • Beynəlxalq peşəkar sertifikatların (CIA, ACCA, CFE və s.) mövcudluğu və ya həmin proqramlarda iştirak üstünlükdür;
  • Risk əsaslı audit yanaşmasının tətbiqi
  • Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi
  • Audit testlərinin hazırlanması və icrası;
  • Maliyyə hesabatlarının və əməliyyat məlumatlarının təhlili;

Tələblər:

  • Ali təhsil- bakalavriat
  • Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta
  • Kompüter biliyi MS Excel – Orta,  MS Power Point – Orta, SQL – Orta
  • Sahə üzrə iş təcrübəsi 1 - 2 il

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.