Çağrı mərkəzinin operatoru
Nur Collection MMC Duration: 2026-06-23 - 2026-07-23
View count: 86 Vacancy № 1015541
City:

Baku


“Nur Collection MMC “Çağrı mərkəzinin operatoru” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 6 günlük iş həftəsi 
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nahar fasiləsi: 13:00 -  14:00
  • Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi)

Əsas Vəzifələr:

Əsas Vəzifələr:

  • Müştərilərə şirkətin məhsulları, xidmətləri, mövcud kampaniyaları və qiymətləri barədə dolğun və dəqiq məlumat vermək.
  • Müştərilərə geyimlərin parça tərkibi, rəng çeşidləri, model xüsusiyyətləri və ölçü barədə dəqiq məlumat vermək.
  • Zərurət yarandıqda müştəri bazası əsasında aktiv zənglər etmək, xidmət keyfiyyətini ölçmək və ya satışa dəstək olmaq.
  • Operatorun səlahiyyətləri çərçivəsində həll olunmayan müraciətləri və şikayətləri aidiyyatı şöbələrə və ya rəhbərliyə yönləndirmək.
  • Sifarişlərin anbardar və kuryer xidmətinə düzgün ötürülməsini təmin etmək, çatdırılma statusunu izləmək və müştərini məlumatlandırmaq.
  • Ölçüsü uymayan və ya qüsurlu olan geyimlərin şirkət siyasətinə uyğun olaraq geri qaytarılması və ya dəyişdirilməsi prosesini qüsursuz idarə etmək.
  • Gecikən çatdırılmalar və ya səhv məhsul göndərişi ilə bağlı şikayətləri təmkinlə dinləmək və operativ həll etmək.

Namizədə tələblər:

  • Xanım namizəd;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dillərində mükəmməl və səlis danışıq bacarığı;
  • Yüksək ünsiyyət bacarığı,telefon etiketinə riayət etmək və stressə davamlılıq;
  • Kompüter savadı (Word,Excel proqramları ilə işləmək bacarığı);
  • Geyim sektoru haqqında baza bilikləri və ya satış /müştəri xidmətləri sahəsində təcrübə üstünlükdür;
  • Məsuliyyətli,operativ və təşəbbüskar olmalıdır;

Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Çağrı mərkəzinin operatoru” qeyd etməklə, hr@nurcollection.az  elektron ünvanına göndərə bilərlər.