Çağrı mərkəzinin operatoru
Nur Collection MMC
Период: 2026-06-23 - 2026-07-23
Количество просмотров: 85
Вакансия № 1015541
Город:
Баку
“Nur Collection” MMC “Çağrı mərkəzinin operatoru” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin olunur
- Nahar fasiləsi: 13:00 - 14:00
- Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi)
Əsas Vəzifələr:
Əsas Vəzifələr:
- Müştərilərə şirkətin məhsulları, xidmətləri, mövcud kampaniyaları və qiymətləri barədə dolğun və dəqiq məlumat vermək.
- Müştərilərə geyimlərin parça tərkibi, rəng çeşidləri, model xüsusiyyətləri və ölçü barədə dəqiq məlumat vermək.
- Zərurət yarandıqda müştəri bazası əsasında aktiv zənglər etmək, xidmət keyfiyyətini ölçmək və ya satışa dəstək olmaq.
- Operatorun səlahiyyətləri çərçivəsində həll olunmayan müraciətləri və şikayətləri aidiyyatı şöbələrə və ya rəhbərliyə yönləndirmək.
- Sifarişlərin anbardar və kuryer xidmətinə düzgün ötürülməsini təmin etmək, çatdırılma statusunu izləmək və müştərini məlumatlandırmaq.
- Ölçüsü uymayan və ya qüsurlu olan geyimlərin şirkət siyasətinə uyğun olaraq geri qaytarılması və ya dəyişdirilməsi prosesini qüsursuz idarə etmək.
- Gecikən çatdırılmalar və ya səhv məhsul göndərişi ilə bağlı şikayətləri təmkinlə dinləmək və operativ həll etmək.
Namizədə tələblər:
- Xanım namizəd;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərində mükəmməl və səlis danışıq bacarığı;
- Yüksək ünsiyyət bacarığı,telefon etiketinə riayət etmək və stressə davamlılıq;
- Kompüter savadı (Word,Excel proqramları ilə işləmək bacarığı);
- Geyim sektoru haqqında baza bilikləri və ya satış /müştəri xidmətləri sahəsində təcrübə üstünlükdür;
- Məsuliyyətli,operativ və təşəbbüskar olmalıdır;
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Çağrı mərkəzinin operatoru” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər.
Другие вакансии в этой категории
Tренинги и семинары в этой категории





