Hesablaşmalar departamenti/Ödəniş terminalları və təcili pul köçürmələrinə nəzarət şöbəsi/mütəxəssis
Expressbank Duration: 2025-09-04 - 2025-10-04
View count: 788 Vacancy № 1014553
City:

Baku


Təsvir:

  • Təcili pul köçürmələri, Hökümət Ödəniş Portalı (HÖP) və Ödəniş terminalları (ÖT) üzrə hesablaşmalara aid müxabirləşmələrin bank proqramına daxil edilməsi;
  • Ödəniş terminalları üzrə ay ərzində aparılan bütün əməliyyatlar üzrə partnyorlar ilə üzləşmə sənədlərinin və aktlarının hazırlanması və təqdim edilməsi;
  • Aparılan gündəlik klirinq əməliyyatlarından sonra hesablarda yaranan öhdəliklərə nəzarət; 
  • Şöbə fəaliyyətindən və vəzifədən irəli gələn müvafiq hesabatların hazırlanması və şöbə müdirinə təqdim edilməsi;
  • Bankın digər struktur bölmələrindən müştəri əməliyyatlarına dair daxil olan sorğuların cavablandırılması və dəstək göstərilməsi.

Tələblər:

  • Təhsil: Ali;
  • Dillər: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı səviyyədə);
  • Microsoft Word və Excel üzrə biliklər;
  • Müvafiq sahə üzrə biliklər arzuolunandır.

    Müraciət et