Hesablaşmalar departamenti/Ödəniş terminalları və təcili pul köçürmələrinə nəzarət şöbəsi/mütəxəssis
Expressbank
Müddət: 2025-09-04 - 2025-10-04
Baxış sayı: 775
Vakansiya № 1014553
Şəhər:
Bakı
Təsvir:
- Təcili pul köçürmələri, Hökümət Ödəniş Portalı (HÖP) və Ödəniş terminalları (ÖT) üzrə hesablaşmalara aid müxabirləşmələrin bank proqramına daxil edilməsi;
- Ödəniş terminalları üzrə ay ərzində aparılan bütün əməliyyatlar üzrə partnyorlar ilə üzləşmə sənədlərinin və aktlarının hazırlanması və təqdim edilməsi;
- Aparılan gündəlik klirinq əməliyyatlarından sonra hesablarda yaranan öhdəliklərə nəzarət;
- Şöbə fəaliyyətindən və vəzifədən irəli gələn müvafiq hesabatların hazırlanması və şöbə müdirinə təqdim edilməsi;
- Bankın digər struktur bölmələrindən müştəri əməliyyatlarına dair daxil olan sorğuların cavablandırılması və dəstək göstərilməsi.
Tələblər:
- Təhsil: Ali;
- Dillər: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı səviyyədə);
- Microsoft Word və Excel üzrə biliklər;
- Müvafiq sahə üzrə biliklər arzuolunandır.
Müraciət et