İnsan Resursları üzrə mütəxəssis (Müvəqqəti)
Azərbaycan Dəmir Yolları QSC
Duration: 2025-10-06 - 2025-11-06

View count: 321
Vacancy № 1014730
City:
Baku
İşin təsviri:
- Departament üzrə tabelləri aylıq hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
- Departamentdə çalışan işçilərin əmək haqqı, mükafat, məzuniyyət haqları, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq hesab ödənişələrin hesablanması cədvəllərini işləmək, aidiyyəti üzrə təqdim etmək;
- Elektron informasiya sistemində sosial müavinət və qismən ödənişli məzuniyyət pullarını sistem üzərindən hesablayaraq həyata keçirmək;
- Departamentin rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
- Əmək qanunvericiliyinə uyğun kadr uçotu işlərinin aparılması, əməkdaşların şəxsi işlərinin və elektron məlumat bazasının idarə olunması;
- Əmək haqqı, sosial müavinət, həmçinin kollektiv sazişdən irəli gələn digər ödənişlərin hesablanması;
- Elektron informasiya sistemlərində əmək münasibətlərinin tənzimlənməsi;
- Müxtəlif hesabatların, o cümlədən rüblük vahid vergi bəyannamələrinin hazırlanması;
- 5 günlük iş rejimi.
Tələblər:
- Təhsil: Bakalavr
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il;
- İş yeri: Biləcəri qəsəbəsi;
- Azərbaycan Respublikası Əmək qanunvericiliyi;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- Əmək haqqının hesablanması üzrə praktiki biliklər;
- İnsan resurslarına aid normativ və metodik materiallarla tanışlıq, kadr işinin təşkili və sənədləşdirilməsi;
- Elektron informasiya sistemindən istifadə qaydaları;
- Analitik düşüncə və hesabatların təhlili;
- Effektiv kommunikasiya və əməkdaşlıq bacarıqları;
- Kompüter biliyi: MS Office;
- 1C proqramında işləmə bacarığı üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazı və danışıq; İngilis və ya Rus dili bilikləri üstünlükdür.
Müraciət et
Other vacancies in this category