Baku
Ayan MMC şirkəti “İstehsalat üzrə mühasib” üzrə CV-lərin qəbulunu elan edir.
Vəzifə öhdəlikləri:
- İstehsalat məlumatlarınının sistemə daxil edilməsi
- Sistem üzrə yeni məhsulun yaradılması və onun rotasının verilməsi
- Hazır və xammal məhsullarının hərəkətinə nəzarət
- Aylar üzrə və ay sonu lazımlı raportların hazırlanması və təhvil verilməsi
- Yaranmış uyğunsuzluqların araşdırılması və aradan qaldırılması
- Anbarlararası yerdəyişmə sənədlərinin sistemə daxil edilməsi
- Anbar sayımında iştirak etmək
- Anbar sayımı sonrası qalıqların analiz edilməsi və sayım fərqlərinin araşdırılması
- Mal-material, İstehsalatla bağlı əməliyyatların proqram təminatında icrasına nəzarət, onların mühasibat standartlarına uygun uçotunun həyata keçirilməsini təmin etmək
- Mal və material sənədlərinin yoxlanışını təmin etmək
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanmasını təmin etmək, mühasibat sənədlərinin saxlanılma qaydalarına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək.
- İstehsal olunmuş məhsulların maya dəyərində,sair xərclərdə baş vermiş dəyişikləri araşdırmaq,nəticələrə təsir edən faktorlarla bağlı yekun maliyyə analizini təqdim etmək
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Müvafiq sahə üzrə təcrübə: 1 il minimum
- Bəy namizəd
- 22 - 35 yaş
- Logo Tiger Enterprise proqramını bilməsi üstünlükdür
- MS Office (Word, Excel) yüksək səviyyədə bilməli
- Dəqiq, məsuliyyətli və diqqətcil
- Analitik təhlil etmə qabiliyyəti, ünsiyyət və təqdim etmə, problemləri həll etmək bacarıqlarına malik olmalı
- Verilmiş tapşırıqları vaxtında icra etməli
Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 gün, 08:00 – 17:00
- Əmək haqqı 650 AZN
- Nahar şirkət hesabına
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@ayanltd.az elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “İstehsalat üzrə mühasib” qeyd olunmaqla, göndərə bilərlər.
Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Əlaqə nömrələri: +994512707504





