İstehsalat üzrə mühasib
Ayan MMC Müddət: 2026-05-12 - 2026-06-12
Baxış sayı: 58 Vakansiya № 1015437
Şəhər:

Bakı


Ayan MMC şirkəti  “İstehsalat üzrə mühasib” üzrə CV-lərin qəbulunu elan edir.

Vəzifə öhdəlikləri:

  • İstehsalat məlumatlarınının sistemə daxil edilməsi
  • Sistem üzrə yeni məhsulun yaradılması və onun rotasının verilməsi
  • Hazır və xammal məhsullarının hərəkətinə nəzarət
  • Aylar üzrə və ay sonu lazımlı raportların hazırlanması və təhvil verilməsi
  • Yaranmış uyğunsuzluqların araşdırılması və aradan qaldırılması
  • Anbarlararası yerdəyişmə sənədlərinin sistemə daxil edilməsi
  • Anbar sayımında iştirak etmək
  • Anbar sayımı sonrası qalıqların analiz edilməsi və sayım fərqlərinin araşdırılması
  • Mal-material, İstehsalatla bağlı əməliyyatların proqram təminatında icrasına nəzarət, onların mühasibat standartlarına uygun uçotunun həyata keçirilməsini təmin etmək
  • Mal və material sənədlərinin yoxlanışını təmin etmək
  • Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanmasını təmin etmək, mühasibat sənədlərinin saxlanılma qaydalarına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək.
  • İstehsal olunmuş məhsulların maya dəyərində,sair xərclərdə baş vermiş dəyişikləri araşdırmaq,nəticələrə təsir edən faktorlarla bağlı yekun maliyyə analizini təqdim etmək
  • Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Müvafiq sahə üzrə təcrübə: 1 il minimum
  • Bəy namizəd
  • 22 - 35 yaş
  • Logo Tiger Enterprise proqramını bilməsi üstünlükdür
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilməli
  • Dəqiq, məsuliyyətli və diqqətcil
  • Analitik təhlil etmə qabiliyyəti, ünsiyyət və təqdim etmə, problemləri həll etmək bacarıqlarına malik olmalı
  • Verilmiş tapşırıqları vaxtında icra etməli

Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 gün, 08:00 – 17:00 
  • Əmək haqqı 650 AZN
  • Nahar şirkət hesabına

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@ayanltd.az elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “İstehsalat üzrə mühasib” qeyd olunmaqla, göndərə bilərlər.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Əlaqə nömrələri: +994512707504