Marketinq və Korporativ Kommunikasiyalar Departamentinin Rəhbəri
PASHA Insurance Duration: 2025-09-08 - 2025-10-08
View count: 762 Vacancy № 1014574
City:

Baku


İşin təsviri:

  • Şirkətin biznes məqsədlərinə və brend vizyonuna uyğun inteqrasiya olunmuş marketinq və korporativ kommunikasiya strategiyasını hazırlamaq və həyata keçirmək;
  • Təqdim olunan məhsul və xidmətlərin bazar payının artırılması məqsədilə marketinq penetrasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi; 
  • Brendin tanıdılması, istifadəçi cəl olunmasını və konversiyanı artırmaq məqsədilə SEO, SEM, ödənişli media, sosial media, e-poçt və kontent daxil olmaqla çoxkanallı rəqəmsal marketinq kampaniyalarını planlaşdırmaq, başlatmaq və optimallaşdırmaq;
  • Məhsul komandaları ilə sıx əməkdaşlıq edərək məhsul marketinqinə rəhbərlik etmək – mövqeləndirmə, mesajların formalaşdırılması, dəyər təklifləri və bazara çıxış strategiyalarını müəyyənləşdirmək;
  • Bazar və rəqiblərin təhlili prosesinə rəhbərlik edərək, trendləri qiymətləndirmək, müştəri davranışlarını təhlil etmək və marketinq və məhsul qərarlarını bu məlumatlara əsasən formalaşdırmaq;
  • Yeni texnologiyalar, avtomatlaşdırma alətləri və məlumatlara əsaslanan testləşdirmə vasitəsilə marketinqdə innovasiyanı təşviq etmək;
  • Müştəri loyallığı və cəlb edilməsi proqramlarını qurmaq və davamlı olaraq təkmilləşdirmək;
  • Marketinq əməliyyatlarını rəqəmsallaşdırmaq, effektivliyin və performansın izlənməsini artıran alət və platformaları tətbiq etmək;
  • Bazar dinamikası və sektora məxsus trendləri daim izləmək və dəyişən müştəri ehtiyaclarına uyğun strategiyalar hazırlamaq;
  • Departamentin büdcəsini və resurslarını səmərəli şəkildə idarə etmək, prioritetlərlə və investisiya qaytarıcılığı ilə uzlaşdırmaq;

(Korporativ Komunikasiya üzrə vəzifə öhdəlikləri)

  • Şirkətin daxili və xarici kommunikasiya siyasətini formalaşdırmaq və həyata keçirmək;
  • Media ilə əlaqələr, daxili kommunikasiya, rəhbərlik səviyyəsində kommunikasiya və reputasiya/böhran idarəçiliyi daxil olmaqla korporativ kommunikasiya fəaliyyətlərinə rəhbərlik etmək;
  • Şirkətin dəyərləri ilə uyğun olan sosial məsuliyyət (CSR) və ESG yönümlü kommunikasiya və təşəbbüsləri hazırlamaq və icra etmək;
  • Media və potensial tərəfdaşlar da daxil olmaqla bütün daxili və xarici maraqlı tərəflərlə güclü işgüzar münasibətlər qurmaq, brendin tanınırlığını və etibarlılığını artırmaq;
  • Rəhbərliyə müntəzəm hesabatlar və strateji təhlillər təqdim etmək, performans, risklər və imkanlarla bağlı məlumat vermək.

Tələblər:

  • Marketinq, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Kommunikasiya və ya İctimaiyyətlə Əlaqələr sahəsində Bakalavr və ya Magistr dərəcəsi;
  • Marketinq və korporativ kommunikasiya sahəsində ən azı 5 il təcrübə, o cümlədən rəhbər vəzifədə minimum 3 il;
  • Rəqəmsal marketinq, brend idarəçiliyi, PR və maraqlı tərəflərlə əlaqələr üzrə dərin bilik və təcrübə;
  • Böyük miqyaslı kampaniyaları idarə etməkdə sübut olunmuş uğurlar;
  • Güclü kommunikasiya, təqdimat və liderlik bacarıqları;
  • Analitik düşüncə, strateji yanaşma və problem həll etmə bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı.

Üstünlük sayılır

  • Rəqəmsal Marketinq və ya Strateji Marketinq üzrə ixtisaslaşma;
  • CSR və ESG layihələrinin planlaşdırılması və həyata keçirilməsi üzrə təcrübə;
  • Google Ads / Google Analytics, Facebook Blueprint, Inbound Marketing və Email Marketing sertifikasiyaları;
  • Layihə İdarəçiliyi (məsələn: PMP) üzrə sertifikasiya.

Bizim Təklifimiz

  • İnnovativ və dinamik şirkətdə liderlik rolu;
  • Şirkətin brend və kommunikasiya strategiyasını formalaşdırmaq imkanı;
  • Komanda işi və əməkdaşlığa əsaslanan mühit;
  • Tibbi sığorta (əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Davamlı peşəkar inkişaf imkanları;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları.

Müraciət et