Marketinq və Korporativ Kommunikasiyalar Departamentinin Rəhbəri
PASHA Insurance
Müddət: 2025-09-08 - 2025-10-08
Baxış sayı: 755
Vakansiya № 1014574
Şəhər:
Bakı
İşin təsviri:
- Şirkətin biznes məqsədlərinə və brend vizyonuna uyğun inteqrasiya olunmuş marketinq və korporativ kommunikasiya strategiyasını hazırlamaq və həyata keçirmək;
- Təqdim olunan məhsul və xidmətlərin bazar payının artırılması məqsədilə marketinq penetrasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
- Brendin tanıdılması, istifadəçi cəl olunmasını və konversiyanı artırmaq məqsədilə SEO, SEM, ödənişli media, sosial media, e-poçt və kontent daxil olmaqla çoxkanallı rəqəmsal marketinq kampaniyalarını planlaşdırmaq, başlatmaq və optimallaşdırmaq;
- Məhsul komandaları ilə sıx əməkdaşlıq edərək məhsul marketinqinə rəhbərlik etmək – mövqeləndirmə, mesajların formalaşdırılması, dəyər təklifləri və bazara çıxış strategiyalarını müəyyənləşdirmək;
- Bazar və rəqiblərin təhlili prosesinə rəhbərlik edərək, trendləri qiymətləndirmək, müştəri davranışlarını təhlil etmək və marketinq və məhsul qərarlarını bu məlumatlara əsasən formalaşdırmaq;
- Yeni texnologiyalar, avtomatlaşdırma alətləri və məlumatlara əsaslanan testləşdirmə vasitəsilə marketinqdə innovasiyanı təşviq etmək;
- Müştəri loyallığı və cəlb edilməsi proqramlarını qurmaq və davamlı olaraq təkmilləşdirmək;
- Marketinq əməliyyatlarını rəqəmsallaşdırmaq, effektivliyin və performansın izlənməsini artıran alət və platformaları tətbiq etmək;
- Bazar dinamikası və sektora məxsus trendləri daim izləmək və dəyişən müştəri ehtiyaclarına uyğun strategiyalar hazırlamaq;
- Departamentin büdcəsini və resurslarını səmərəli şəkildə idarə etmək, prioritetlərlə və investisiya qaytarıcılığı ilə uzlaşdırmaq;
(Korporativ Komunikasiya üzrə vəzifə öhdəlikləri)
- Şirkətin daxili və xarici kommunikasiya siyasətini formalaşdırmaq və həyata keçirmək;
- Media ilə əlaqələr, daxili kommunikasiya, rəhbərlik səviyyəsində kommunikasiya və reputasiya/böhran idarəçiliyi daxil olmaqla korporativ kommunikasiya fəaliyyətlərinə rəhbərlik etmək;
- Şirkətin dəyərləri ilə uyğun olan sosial məsuliyyət (CSR) və ESG yönümlü kommunikasiya və təşəbbüsləri hazırlamaq və icra etmək;
- Media və potensial tərəfdaşlar da daxil olmaqla bütün daxili və xarici maraqlı tərəflərlə güclü işgüzar münasibətlər qurmaq, brendin tanınırlığını və etibarlılığını artırmaq;
- Rəhbərliyə müntəzəm hesabatlar və strateji təhlillər təqdim etmək, performans, risklər və imkanlarla bağlı məlumat vermək.
Tələblər:
- Marketinq, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Kommunikasiya və ya İctimaiyyətlə Əlaqələr sahəsində Bakalavr və ya Magistr dərəcəsi;
- Marketinq və korporativ kommunikasiya sahəsində ən azı 5 il təcrübə, o cümlədən rəhbər vəzifədə minimum 3 il;
- Rəqəmsal marketinq, brend idarəçiliyi, PR və maraqlı tərəflərlə əlaqələr üzrə dərin bilik və təcrübə;
- Böyük miqyaslı kampaniyaları idarə etməkdə sübut olunmuş uğurlar;
- Güclü kommunikasiya, təqdimat və liderlik bacarıqları;
- Analitik düşüncə, strateji yanaşma və problem həll etmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı.
Üstünlük sayılır
- Rəqəmsal Marketinq və ya Strateji Marketinq üzrə ixtisaslaşma;
- CSR və ESG layihələrinin planlaşdırılması və həyata keçirilməsi üzrə təcrübə;
- Google Ads / Google Analytics, Facebook Blueprint, Inbound Marketing və Email Marketing sertifikasiyaları;
- Layihə İdarəçiliyi (məsələn: PMP) üzrə sertifikasiya.
Bizim Təklifimiz
- İnnovativ və dinamik şirkətdə liderlik rolu;
- Şirkətin brend və kommunikasiya strategiyasını formalaşdırmaq imkanı;
- Komanda işi və əməkdaşlığa əsaslanan mühit;
- Tibbi sığorta (əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Davamlı peşəkar inkişaf imkanları;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları.





