Müştəri xidmətləri üzrə təmsilçi
Barattson Duration: 2026-11-18 - 2026-12-18
View count: 112 Vacancy № 1015970
City:

Baku


Barattson MMC Biznes Təlimləri və Maliyyə İxtisaslaşması bölməsinə Müştəri xidmətləri üzrə təmsilçi  vəzifəsi üzrə vakansiya elan edir:

 

Əsas vəzifə öhdəlikləri:

  • Tədris prosesinin gündəlik koordinasiyası, dərs cədvəllərinin hazırlanması, otaq və Zoom bölgüsünün idarə edilməsi;
  • Təlimçilərlə mütəmadi kommunikasiya, dərs qrafiklərinin və aylıq planlama cədvəllərinin yenilənməsi;
  • Zoom dərs yazılarının redaktə edilməsi, YouTube platformasına yüklənməsi və tələbələrə göndərilməsi;
  • Tələbə və məzunların müraciətlərinin telefon, WhatsApp və digər kommunikasiya kanalları vasitəsilə cavablandırılması;
  • WhatsApp qruplarının idarə edilməsi və tələbələrlə kommunikasiyanın təmin olunması;
  • Ofisə müraciət edən tələbə və potensial müştərilərin məlumatlandırılması və satış prosesinin həyata keçirilməsi;
  • İmtahanların planlaşdırılması və təşkili, imtahan materiallarının hazırlanması, cavabların yoxlanılması və qiymətləndirilməsi;
  • Sertifikatların hazırlanması, dizayn və çap prosesinin koordinasiyası;
  • Tədris materialları və kitab sifarişlərinin idarə edilməsi, alış və müvafiq hesabatların aparılması;
  • Tələbə məmnuniyyəti sorğularının təşkili və nəticələrin izlənilməsi;
  • Marketinq komandası ilə əməkdaşlıq, təlim təqdimatlarının hazırlanması və çəkiliş proseslərinin koordinasiyası;
  • Satış skriptlərinin hazırlanması və yenilənməsi;
  • Tədbir və seminarların təşkili, təşkilati proseslərin idarə edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər operativ tapşırıqların icrası.

Əsas tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür;
  • Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını, xüsusilə Excel orta səviyyədə bilmək;
  • Müştəri xidmətləri sahəsi üzrə ən azı 6 ay iş təcrübəsi olanlara üstünlük verilir.

Şəxsi keyfiyyətlər:

  • Xoş ünsiyyətcil, gülərüz;
  • Dinləmək qabiliyyəti;
  • Səlis nitq qabiliyyəti;
  • İnsanları inandırma bacarığı;
  • Çevik işləmək bacarığı;
  • Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.

Biz nə vəd edirik?

  • Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
  • Rahat və müasir iş mühiti;
  • Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər.
  • Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı

 

  • İş qrafiki: Həftədə 6 iş günü; (Bazar ertəsi – cümə: 11:00–19:00; Bazar: 10:00–16:00);
  • İstirahət günü: Şənbə;
  • İş yeri: Elmər filialı;                
  • Əmək haqqı: 800AZN(bonus daxil olmaqla);             

 

Namizədlərdən CV formaların  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Müştəri Xidmətləri üzrə Təmsilçi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.