Müştəri xidmətləri üzrə təmsilçi
Barattson
Период: 2026-11-18 - 2026-12-18
Количество просмотров: 112
Вакансия № 1015970
Город:
Баку
Barattson MMC Biznes Təlimləri və Maliyyə İxtisaslaşması bölməsinə Müştəri xidmətləri üzrə təmsilçi vəzifəsi üzrə vakansiya elan edir:
Əsas vəzifə öhdəlikləri:
- Tədris prosesinin gündəlik koordinasiyası, dərs cədvəllərinin hazırlanması, otaq və Zoom bölgüsünün idarə edilməsi;
- Təlimçilərlə mütəmadi kommunikasiya, dərs qrafiklərinin və aylıq planlama cədvəllərinin yenilənməsi;
- Zoom dərs yazılarının redaktə edilməsi, YouTube platformasına yüklənməsi və tələbələrə göndərilməsi;
- Tələbə və məzunların müraciətlərinin telefon, WhatsApp və digər kommunikasiya kanalları vasitəsilə cavablandırılması;
- WhatsApp qruplarının idarə edilməsi və tələbələrlə kommunikasiyanın təmin olunması;
- Ofisə müraciət edən tələbə və potensial müştərilərin məlumatlandırılması və satış prosesinin həyata keçirilməsi;
- İmtahanların planlaşdırılması və təşkili, imtahan materiallarının hazırlanması, cavabların yoxlanılması və qiymətləndirilməsi;
- Sertifikatların hazırlanması, dizayn və çap prosesinin koordinasiyası;
- Tədris materialları və kitab sifarişlərinin idarə edilməsi, alış və müvafiq hesabatların aparılması;
- Tələbə məmnuniyyəti sorğularının təşkili və nəticələrin izlənilməsi;
- Marketinq komandası ilə əməkdaşlıq, təlim təqdimatlarının hazırlanması və çəkiliş proseslərinin koordinasiyası;
- Satış skriptlərinin hazırlanması və yenilənməsi;
- Tədbir və seminarların təşkili, təşkilati proseslərin idarə edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər operativ tapşırıqların icrası.
Əsas tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür;
- Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını, xüsusilə Excel orta səviyyədə bilmək;
- Müştəri xidmətləri sahəsi üzrə ən azı 6 ay iş təcrübəsi olanlara üstünlük verilir.
Şəxsi keyfiyyətlər:
- Xoş ünsiyyətcil, gülərüz;
- Dinləmək qabiliyyəti;
- Səlis nitq qabiliyyəti;
- İnsanları inandırma bacarığı;
- Çevik işləmək bacarığı;
- Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.
Biz nə vəd edirik?
- Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
- Rahat və müasir iş mühiti;
- Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər.
- Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı
- İş qrafiki: Həftədə 6 iş günü; (Bazar ertəsi – cümə: 11:00–19:00; Bazar: 10:00–16:00);
- İstirahət günü: Şənbə;
- İş yeri: Elmər filialı;
- Əmək haqqı: 800AZN(bonus daxil olmaqla);
Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Müştəri Xidmətləri üzrə Təmsilçi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
Другие вакансии этого работодателя