Rəqəmsal sistemlərin inkişafı departamenti, Süni intellekt və data analitika şöbəsinə, Şöbə rəisi
Rabitəbank
Duration: 2025-09-22 - 2025-10-22
View count: 741
Vacancy № 1014659
City:
Baku
İşin təsviri:
- Əmək və icra intizamı qaydalarına riayət etmək.
- Bank və kommersiya sirrini qorumaq.
- Birbaşa rəhbərin və Bank rəhbərliyinin göstərişlərini vaxtında və dəqiq icra etmək.
- Şöbənin fəaliyyət istiqamətləri üzrə işlərin planlaşdırılmasını, təşkilini və icrasına nəzarəti təmin etmək.
- Müvafiq sahəyə aid Azərbaycan Respublikasının qanunvericiliyini, həmçinin bankdaxili normativ sənədləri bilmək və tətbiq etmək.
- Məlumatların keyfiyyətinin idarə edilməsinə nəzarət etmək, məlumat anbarı (DWH) və data analitika sistemlərinin inkişafını təmin etmək.
- Süni intellekt və maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi üzrə layihələrə rəhbərlik etmək.
- Böyük həcmli məlumatların emalı və analitik nəticələrin idarəetmədə tətbiqi üçün müasir yanaşmaların həyata keçirilməsini təmin etmək.
- Şöbənin əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, onların qarşısında qoyulan tapşırıqların icrasına nəzarət etmək.
Tələblər:
- Ali təhsil (informatika, tətbiqi riyaziyyat, kompüter elmləri və ya müvafiq sahə).
- Verilənlər bazaları ilə işləmək və SQL üzrə yüksək biliklər.
- DWH, Data Engineering və BI ekosistemləri üzrə ən azı 5 il iş təcrübəsi.
- Süni intellekt və maşın öyrənməsi modellərinin hazırlanması, tətbiqi və monitorinqi üzrə təcrübə.
- Python və ya R dillərində proqramlaşdırma bilikləri, müvafiq kitabxanalar (Pandas, NumPy, Scikit-learn, TensorFlow, PyTorch) ilə işləmə bacarığı.
- Data vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) ilə iş təcrübəsi.
- Layihələrin idarə olunması sahəsində bilik və bacarıqlar.
- Menecment və komanda idarəetmə təcrübəsi.
Müraciət et





