Rəqəmsal sistemlərin inkişafı departamenti, Süni intellekt və data analitika şöbəsinə, Şöbə rəisi
Rabitəbank Müddət: 2025-09-22 - 2025-10-22
Baxış sayı: 741 Vakansiya № 1014659
Şəhər:

Bakı


İşin təsviri:

  • Əmək və icra intizamı qaydalarına riayət etmək.
  • Bank və kommersiya sirrini qorumaq.
  • Birbaşa rəhbərin və Bank rəhbərliyinin göstərişlərini vaxtında və dəqiq icra etmək.
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə işlərin planlaşdırılmasını, təşkilini və icrasına nəzarəti təmin etmək.
  • Müvafiq sahəyə aid Azərbaycan Respublikasının qanunvericiliyini, həmçinin bankdaxili normativ sənədləri bilmək və tətbiq etmək.
  • Məlumatların keyfiyyətinin idarə edilməsinə nəzarət etmək, məlumat anbarı (DWH) və data analitika sistemlərinin inkişafını təmin etmək.
  • Süni intellekt və maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi üzrə layihələrə rəhbərlik etmək.
  • Böyük həcmli məlumatların emalı və analitik nəticələrin idarəetmədə tətbiqi üçün müasir yanaşmaların həyata keçirilməsini təmin etmək.
  • Şöbənin əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, onların qarşısında qoyulan tapşırıqların icrasına nəzarət etmək.

Tələblər:

  • Ali təhsil (informatika, tətbiqi riyaziyyat, kompüter elmləri və ya müvafiq sahə).
  • Verilənlər bazaları ilə işləmək və SQL üzrə yüksək biliklər.
  • DWH, Data Engineering və BI ekosistemləri üzrə ən azı 5 il iş təcrübəsi.
  • Süni intellekt və maşın öyrənməsi modellərinin hazırlanması, tətbiqi və monitorinqi üzrə təcrübə.
  • Python və ya R dillərində proqramlaşdırma bilikləri, müvafiq kitabxanalar (Pandas, NumPy, Scikit-learn, TensorFlow, PyTorch) ilə işləmə bacarığı.
  • Data vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) ilə iş təcrübəsi.
  • Layihələrin idarə olunması sahəsində bilik və bacarıqlar.
  • Menecment və komanda idarəetmə təcrübəsi.

    Müraciət et