Satınalma üzrə aparıcı mütəxəssis
Daşkəsən Dəmir Filiz MMC
Duration: 2026-11-19 - 2026-12-19
View count: 61
Vacancy № 1015978
City:
Baku
Vəzifə öhdəlikləri:
- Satınalma prosedurlarının keçirilməsi məqsədilə etender.gov.az elektron dövlət satınalmaları portalında müvafiq elanların hazırlanması və yerləşdirilməsi;
- Satınalma predmetinə uyğun olaraq əsas şərtlər toplusunun hazırlanması və müvafiq qaydada rəsmiləşdirilməsi;
- Satınalma komissiyasının iclaslarının təşkili və keçirilən iclaslar üzrə protokolların hazırlanması;
- Satınalma prosedurlarının nəticələrinə dair yekun protokolun hazırlanması və rəsmiləşdirilməsi;
- Satınalma predmetləri üzrə bazar araşdırmalarının aparılması və ehtimal olunan qiymətin hesablanması;
- Təkliflərin açılışından sonra təchizatçıların təqdim etdikləri sənədlərin və təkliflərin əsas şərtlər toplusunun tələblərinə uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
- Cəmiyyətin struktur bölmələrindən daxil olan tələbatlar əsasında illik satınalma planının hazırlanması, ümumiləşdirilməsi və zərurət yarandıqda müvafiq dəyişikliklərin edilməsi;
- Satınalma prosedurlarının qanunvericiliyin və Cəmiyyətin daxili normativ sənədlərinin tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsi.
Namizədə tələblər:
- Ali təhsilli;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- etender.gov.az portalında işləək bacarığının olması mütləqdir;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə biliklərin olması mütləqdir;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf;
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Dalğa plaza
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: Seçimə əsasən (08:00-17:00 və ya 09:00 – 18:00)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə aparıcı mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə cv@ddf.az elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Other vacancies in this category