Satınalma üzrə aparıcı mütəxəssis
Daşkəsən Dəmir Filiz MMC Период: 2026-11-19 - 2026-12-19
Количество просмотров: 61 Вакансия № 1015978
Город:

Баку


Vəzifə öhdəlikləri:

  • Satınalma prosedurlarının keçirilməsi məqsədilə etender.gov.az elektron dövlət satınalmaları portalında müvafiq elanların hazırlanması və yerləşdirilməsi;
  • Satınalma predmetinə uyğun olaraq əsas şərtlər toplusunun hazırlanması və müvafiq qaydada rəsmiləşdirilməsi;
  • Satınalma komissiyasının iclaslarının təşkili və keçirilən iclaslar üzrə protokolların hazırlanması;
  • Satınalma prosedurlarının nəticələrinə dair yekun protokolun hazırlanması və rəsmiləşdirilməsi;
  • Satınalma predmetləri üzrə bazar araşdırmalarının aparılması və ehtimal olunan qiymətin hesablanması;
  • Təkliflərin açılışından sonra təchizatçıların təqdim etdikləri sənədlərin və təkliflərin əsas şərtlər toplusunun tələblərinə uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
  • Cəmiyyətin struktur bölmələrindən daxil olan tələbatlar əsasında illik satınalma planının hazırlanması, ümumiləşdirilməsi və zərurət yarandıqda müvafiq dəyişikliklərin edilməsi;
  • Satınalma prosedurlarının qanunvericiliyin və Cəmiyyətin daxili normativ sənədlərinin tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsi. 

Namizədə tələblər:

  • Ali təhsilli; 
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • etender.gov.az portalında işləək bacarığının olması mütləqdir;
  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə biliklərin olması mütləqdir;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf; 

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Dalğa plaza
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə) 
  • İş vaxtı: Seçimə əsasən (08:00-17:00 və ya 09:00 – 18:00)

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə aparıcı mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə cv@ddf.az elekton poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.