Satınalma üzrə baş mütəxəssis
RAM Holding
Duration: 2026-06-29 - 2026-07-29
View count: 70
Vacancy № 1015552
City:
Baku
Namizədə olan tələblər:
- Ali təhsil;
- Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
- Microsoft Excel proqramından sərbəst istifadə bacarığı, eləcə də 1C (8.3) proqramında iş təcrübəsi;
Vəzifə öhdəlikləri:
- Brendin təmsil edilməsi;
- İri həcmli və spesifik araşdırma tələb edən satınalma sifarişlərinin qəbulu və icra edilməsi;
- Detallı bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması, daxili tenderlərin təşkil edilməsi;
- Təchizatçıların hərtərəfli araşdırılması, təchizatçı profillərinin yaradılması, kateqoriyalaşdırılması;
- Ən uyğun tədarükçünün seçilməsi və qiymətləndirilməsi üçün rəhbərinə detallı müqayisə cədvəllərinin (Bids Summary) təqdim edilməsi;
- Satınalma sifarişlərinin qruplaşdırılması və planlaşdırılması;
- Satınalmalarla bağlı sifarişçilərin problemlərinin təhlil edilməsi və həll edilməsi;
- Tədarükçülərlə müqavilələrin bağlanması və müqavilə şərtlərinin müəyyən edilməsi, müvafiq strukturların müqavilə ilə bağlı rəyinin alınması;
- Müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edilməsi;
- Satınalma prosesində baş verə biləcək risklərin müəyyən edilməsi və ehtimalının azaldılması üçün təkliflərin verilməsi;
- Bölmə əməkdaşlarına mentorluq edilməsi, istiqamətləndirilməsi, vəzifələrini icra etmələri ilə bağlı yardım edilməsi və nəzarət edilməsi;
- Satınalma əməliyyatlarının uçotunun aparılması, 1C-də bununla bağlı tələb olunan əməliyyatların icra olunması;
- Bölmə daxili müvafiq hesabatların hazırlanması, rəhbərə təqdim edilməsi və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsinə nəzarət edilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: 5 günlük;
- İş saatları: 08:30-17:30.
- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
- Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
- Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə baş mütəxəssis” yazaraq hr@ram.az elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2496&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.
Other vacancies in this category
Other vacancies of this employer
| Position | Employer | Duration |
|---|---|---|
| Ofis meneceri | RAM Holding | 2026-06-23 - 2026-07-23 |





