Satınalma üzrə baş mütəxəssis
RAM Holding Müddət: 2026-06-29 - 2026-07-29
Baxış sayı: 66 Vakansiya № 1015552
Şəhər:

Bakı


Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
  • Microsoft Excel proqramından sərbəst istifadə bacarığı, eləcə də 1C (8.3) proqramında iş təcrübəsi;

Vəzifə öhdəlikləri:

  • Brendin təmsil edilməsi; 
  • İri həcmli və spesifik araşdırma tələb edən satınalma sifarişlərinin qəbulu və icra edilməsi;
  • Detallı bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması, daxili tenderlərin təşkil edilməsi;
  • Təchizatçıların hərtərəfli araşdırılması, təchizatçı profillərinin yaradılması, kateqoriyalaşdırılması;
  • Ən uyğun tədarükçünün seçilməsi və qiymətləndirilməsi üçün rəhbərinə detallı müqayisə cədvəllərinin (Bids Summary) təqdim edilməsi;
  • Satınalma sifarişlərinin qruplaşdırılması və planlaşdırılması;
  • Satınalmalarla bağlı sifarişçilərin problemlərinin təhlil edilməsi və həll edilməsi;
  • Tədarükçülərlə müqavilələrin bağlanması və müqavilə şərtlərinin müəyyən edilməsi, müvafiq strukturların müqavilə ilə bağlı rəyinin alınması;
  • Müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edilməsi;
  • Satınalma prosesində baş verə biləcək risklərin müəyyən edilməsi və ehtimalının azaldılması üçün təkliflərin verilməsi;
  • Bölmə əməkdaşlarına mentorluq edilməsi, istiqamətləndirilməsi, vəzifələrini icra etmələri ilə bağlı yardım edilməsi və nəzarət edilməsi;
  • Satınalma əməliyyatlarının uçotunun aparılması, 1C-də bununla bağlı tələb olunan əməliyyatların icra olunması;
  • Bölmə daxili müvafiq hesabatların hazırlanması, rəhbərə təqdim edilməsi və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsinə nəzarət edilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: 5 günlük;
  • İş saatları: 08:30-17:30.
  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
  • Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
  • Nahar şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə baş mütəxəssis” yazaraq hr@ram.az elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2496&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.


Bu şirkətin digər vakansiyaları