Baş Mühasib
Xırman Firması
Период: 2026-11-02 - 2026-12-02
Количество просмотров: 45
Вакансия № 1015923
Город:
Баку
İş barədə məsuliyyətlər:
- Vergi, mühasibat uçotu, DSMF və Statistika hesabatlarının qanunvericiliyə uyğun hazırlanması və vaxtında təqdim edilməsi;
- Bütün növ maliyyə hesabatlarının tərtib olunması;
- Mühasibatlıq şöbəsinin işinin təşkili və komandanın idarə edilməsi;
- İstehsal sahəsində mühasibat uçotunun düzgün qurulması, maya dəyərinin hesablanması və xərclərə nəzarət edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunun aparılması, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibatlıqda vaxtında əks etdirilməsini təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılması, müəyyən edilmiş müddətlərdə inventarizasiyada iştirak və nəzarət edilməsi;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə olunması;
- Təchizatçılar və müştərilərlə yazışmaların aparılması, vaxtında təsdiqedici sənədlərin əldə edilməsi/təqdim olunması;
- Əməkhaqqı hesablanması və müvafiq əməliyyatların düzgün və vaxtında icra edilməsi;
- İş prosesində məlumatların məxfiliyinin qorunması.
Namizədə olan tələblər:
- Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
- Yaş həddi: 28 – 50 yaş;
- Təcrübə: Baş mühasib və ya müvafiq sahə üzrə 5il iş təcrübəsi (istehsal sahəsində iş təcrübəsi mütləqdir);
- Sertifikatlar: Müvafiq sahə üzrə peşəkar sertifikatların olması mütləqdir (Məsələn: Peşəkar Mühasib Sertifikatı - PMS, DipIFR, ACCA və ya digər beynəlxalq/yerli maliyyə sertifikatları);
- Proqram bilikləri: 1C, Excel və Elektron Hökumət Portalı ilə sərbəst işləmək bacarığı, Microsoft Office proqramları;
- Qanunvericilik bilikləri: Vergi və əmək qanunvericiliyinin əsasları;
- Peşəkar bacarıqlar: Balansın çıxarılması, mal-materialların uçotunun aparılması, analitik təhlil, istehsal xərclərinin uçotu və komandanı idarə etmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (mükəmməl), ingilis dili bilikləri arzuolunandır.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Binəqədi yolu 100
- İş qrafiki: Həftə içi 6 gün
- Əməkhaqqı: Müsahibə əsasında (namizədin bilik və təcrübəsinə uyğun olaraq təyin ediləcək);
- Nahar ilə təmin olunma;
- Korporativ mobil nömrə;
- Rahat və stabil iş mühiti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini shahla.najafova@xirman.az elektron poçt ünvanına, mövzu hissəsinə mütləq “Baş Mühasib” yazaraq göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 055-293-13-39
Другие вакансии в этой категории