Debitor borclar üzrə mütəxəssis
Supertoys
Период: 2026-11-02 - 2026-12-02
Количество просмотров: 65
Вакансия № 1015926
Город:
Баку
Supertoys komandamıza Sədərək filialında çalışmaq üçün məsuliyyətli, analitik düşünmə qabiliyyətinə malik və maliyyə sahəsində təcrübəli Debitor borclar üzrə mütəxəssis axtarırıq.
İş yeri: Sədərək
Əməkhaqqı: 1 000 AZN
Əsas vəzifə öhdəlikləri
- Debitor borcların mütəmadi izlənilməsi, həftəlik borclanma barədə məlumatlandırmanın aparılması və borcların yaşlandırılması (Aging) hesabatının hazırlanması;
- Satış komandasının debitor borclar, ödəniş statusları və müqavilə şərtləri barədə həftəlik və aylıq məlumatlandırılması;
- Debitor borclar üzrə ödənişlərin təmin edilməsi və daxilolmaların müvafiq əməkdaşlarla operativ koordinasiyası;
- Gecikmiş borclarla bağlı risklərin qiymətləndirilməsi, müvafiq tədbirlərin təklif edilməsi və icrasının təmin olunması;
- Reallaşdırılmış satışlar üzrə elektron qaimələrin düzgün tərtib edilməsinə nəzarət;
- İşlərin müəyyən edilmiş son icra müddətlərinə (deadline) uyğun tamamlanması və komanda daxilində iş prosesinin koordinasiyası;
- Çatışmazlıqlar, uyğunsuzluqlar və potensial maliyyə riskləri barədə müvafiq departamentlərin məlumatlandırılması;
- Müştərilərlə aylıq və ya rüblük üzləşmələrin aparılması və nəticələrin təhlili;
- Problemli, şübhəli və ümidsiz debitor borcların müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanması.
Namizədə tələblər
- İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Vergi və elektron qaimə-faktura əməliyyatları üzrə bilik və araşdırma aparmaq bacarığı;
- Yüksək analitik düşünmə və təhlil bacarığı;
- MS Excel proqramında sərbəst işləmək, xüsusilə məlumatların təhlili üçün əsas funksiyalardan istifadə etmək bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
- Komanda ilə effektiv kommunikasiya və vaxtın düzgün idarə edilməsi bacarığı.
CV-lərinizi mövzu hissəsində “Debitor borclar üzrə mütəxəssis” qeyd etməklə ilahe.yusifova@supertoys.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Другие вакансии в этой категории