Biznes kreditlərinin monitorinqi üzrə mütəxəssis
Unibank Kommersiya Bankı
Период: 2025-06-25 - 2025-07-25
Количество просмотров: 528
Вакансия № 1014165
Город:
Баку
İşin təsviri:
- Bankın SME kredit portfeli üzrə davamlı monitorinq və müştəri davranışlarının təhlili;
- Kredit portfelində risklərin vaxtında aşkar olunması və Erkən Xəbərdarlıq Siqnallarının (EWS) müəyyən edilməsi;
- Müştərinin maliyyə göstəricilərinin dövri əsasda yenilənməsi və analiz edilməsi (DSCR, dövriyyə, debitor/kreditor borcları və s.);
- Müştəri öhdəliklərinin yerinə yetirilməsinə nəzarət – gecikmələrin, restrukturizasiyaların və qeyri-standart hallarının təhlili;
- Kredit şərtlərinin (kovenantların) yerinə yetirilməsi ilə bağlı nəzarət və hesabatlılıq;
- Problemli kreditlər üzrə ilkin diaqnostika və risklərin eskalasiyası üçün tövsiyələrin hazırlanması;
- Sahə monitorinqlərinin təşkili, müştərinin biznes fəaliyyətinin real vəziyyətinə dair yoxlamaların aparılması;
- Kredit dosyelərinin və müştəri sənədlərinin təhlili, zəruri hallarda yenilənməsinə nəzarət;
- Kredit portfeli üzrə statistik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Kreditlərin monitorinqi və/və ya maliyyə təhlili sahəsində ən azı 1 il iş təcrübəsi;
- Kredit portfeli üzrə risklərin idarə olunması və siqnal analizləri üzrə biliklər;
- Bank sektoru və Mərkəzi Bankın normativ sənədləri üzrə baza biliklər;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı (ingilis dili arzuolunandır);
- Microsoft Excel-də yüksək səviyyəli bacarıq, hesabatların hazırlanması və məlumatların strukturlaşdırılması;
- Sahə yoxlamalarında iştirak və yerli bizneslərin fəaliyyət prinsipləri barədə məlumat üstünlükdür.
Müraciət et
Tренинги и семинары в этой категории
| Тренинг и семинар | Работодатель | Период |
|---|---|---|
| Anderraytinq və monitorinq üzrə mütəxəssislərin hazırlığı | İnternational Consulting Company | 2026-05-05 - 2026-06-02 |





