Biznes kreditlərinin monitorinqi üzrə mütəxəssis
Unibank Kommersiya Bankı Müddət: 2025-06-25 - 2025-07-25
Baxış sayı: 136 Vakansiya № 1014165
Şəhər:

Bakı


İşin təsviri:

  • Bankın SME kredit portfeli üzrə davamlı monitorinq və müştəri davranışlarının təhlili;
  • Kredit portfelində risklərin vaxtında aşkar olunması və Erkən Xəbərdarlıq Siqnallarının (EWS) müəyyən edilməsi;
  • Müştərinin maliyyə göstəricilərinin dövri əsasda yenilənməsi və analiz edilməsi (DSCR, dövriyyə, debitor/kreditor borcları və s.);
  • Müştəri öhdəliklərinin yerinə yetirilməsinə nəzarət – gecikmələrin, restrukturizasiyaların və qeyri-standart hallarının təhlili;
  • Kredit şərtlərinin (kovenantların) yerinə yetirilməsi ilə bağlı nəzarət və hesabatlılıq;
  • Problemli kreditlər üzrə ilkin diaqnostika və risklərin eskalasiyası üçün tövsiyələrin hazırlanması;
  • Sahə monitorinqlərinin təşkili, müştərinin biznes fəaliyyətinin real vəziyyətinə dair yoxlamaların aparılması;
  • Kredit dosyelərinin və müştəri sənədlərinin təhlili, zəruri hallarda yenilənməsinə nəzarət;
  • Kredit portfeli üzrə statistik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələblər:

  • Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • Kreditlərin monitorinqi və/və ya maliyyə təhlili sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Kredit portfeli üzrə risklərin idarə olunması və siqnal analizləri üzrə biliklər;
  • Bank sektoru və Mərkəzi Bankın normativ sənədləri üzrə baza biliklər;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı (ingilis dili arzuolunandır);
  • Microsoft Excel-də yüksək səviyyəli bacarıq, hesabatların hazırlanması və məlumatların strukturlaşdırılması;
  • Sahə yoxlamalarında iştirak və yerli bizneslərin fəaliyyət prinsipləri barədə məlumat üstünlükdür.

    Müraciət et