Əmək haqqı üzrə aparıcı mühasib
AMO GROUP Период: 2026-08-20 - 2026-09-20
Количество просмотров: 60 Вакансия № 1015704
Город:

Баку


Təsvir

  • İşçilərin əməkhaqqı, məzuniyyət, vergi və sosial ödənişlərinin qanunvericiliyə uyğun olaraq düzgün və vaxtında hesablanmasını və ödənilməsini təmin etmək;
  • Əməkhaqqı, mükafat, əlavə ödəniş, tutulmalar və digər ödənişlərin (ezamiyyətlər, təhsil və digər sosial məzuniyyətlər, xəstəlik vərəqələri) hesablamalarını həyata keçirmək;
  • Əməkhaqqı uçotu sistemlərini (1C, E-GOV və s.) idarə etmək və məlumatların vaxtında daxiledilməsinə nəzarət etmək;
  • Gəlir vergisi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə ödənişlərin hesablanmasını aparmaq və müvafiq dövlət orqanlarına hesabatları təqdim etmək;
  • Əməkhaqqı üzrə aylıq, rüblük və illik hesabatları (o cümlədən DSMF və statistik hesabatlar) hazırlamaq;
  • İşə qəbul, işdən çıxma, struktur dəyişiklikləri və məzuniyyətlər zamanı əməkhaqqı hesablamalarını tənzimləmək;
  • Əməkhaqqı ilə bağlı sənədlərin arxivləşdirilməsini və qorunub saxlanılmasını təmin etmək;
  • Əməkdaşların əməkhaqqı və digər ödənişlərlə bağlı müraciətlərini peşəkar şəkildə cavablandırmaq;
  • Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan sənədləri və hesabatları hazırlayıb təqdim etmək.

Tələblər

  • İqtisadiyyat, maliyyə, mühasibatlıq və ya biznesin idarə edilməsi istiqaməti üzrə ali təhsil;
  • Payroll sahəsində minimum 2 il rəsmi iş təcrübəsi;
  • Böyük heyətli şirkətlərdə (800+ əməkdaş) əməkhaqqı hesablanması üzrə real iş təcrübəsi üstünlükdür;
  • Komandanın işinin koordinasiyası (şöbələr və filiallarla) və liderlik bacarıqları üstünlük hesab olunur;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini bilməli;
  • Məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması qaydaları;
  • 1C və E-GOV sistemləri ilə sərbəst işləmək bacarığı;
  • Əməkhaqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi, son haqq-hesab, kompensasiyalar, bonuslar, eləcə də bayram, istirahət və artıq iş saatları (overtime) üzrə hesablamaların aparılması;
  • MS Excel proqramını yüksək səviyyədə bilmək (qabaqcıl funksiyalar və analitika);
  • Diqqətli, məsuliyyətli, analitik düşüncəli və hesabatlılığa önəm verən namizəd olmalıdır;
  • Məlumatların məxfiliyini qorumaq və kommersiya sirrinə riayət etmək bacarığı vacibdir.

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.