Əmək haqqı üzrə aparıcı mühasib
AMO GROUP
Duration: 2026-08-20 - 2026-09-20
View count: 60
Vacancy № 1015704
City:
Baku
Təsvir
- İşçilərin əməkhaqqı, məzuniyyət, vergi və sosial ödənişlərinin qanunvericiliyə uyğun olaraq düzgün və vaxtında hesablanmasını və ödənilməsini təmin etmək;
- Əməkhaqqı, mükafat, əlavə ödəniş, tutulmalar və digər ödənişlərin (ezamiyyətlər, təhsil və digər sosial məzuniyyətlər, xəstəlik vərəqələri) hesablamalarını həyata keçirmək;
- Əməkhaqqı uçotu sistemlərini (1C, E-GOV və s.) idarə etmək və məlumatların vaxtında daxiledilməsinə nəzarət etmək;
- Gəlir vergisi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə ödənişlərin hesablanmasını aparmaq və müvafiq dövlət orqanlarına hesabatları təqdim etmək;
- Əməkhaqqı üzrə aylıq, rüblük və illik hesabatları (o cümlədən DSMF və statistik hesabatlar) hazırlamaq;
- İşə qəbul, işdən çıxma, struktur dəyişiklikləri və məzuniyyətlər zamanı əməkhaqqı hesablamalarını tənzimləmək;
- Əməkhaqqı ilə bağlı sənədlərin arxivləşdirilməsini və qorunub saxlanılmasını təmin etmək;
- Əməkdaşların əməkhaqqı və digər ödənişlərlə bağlı müraciətlərini peşəkar şəkildə cavablandırmaq;
- Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan sənədləri və hesabatları hazırlayıb təqdim etmək.
Tələblər
- İqtisadiyyat, maliyyə, mühasibatlıq və ya biznesin idarə edilməsi istiqaməti üzrə ali təhsil;
- Payroll sahəsində minimum 2 il rəsmi iş təcrübəsi;
- Böyük heyətli şirkətlərdə (800+ əməkdaş) əməkhaqqı hesablanması üzrə real iş təcrübəsi üstünlükdür;
- Komandanın işinin koordinasiyası (şöbələr və filiallarla) və liderlik bacarıqları üstünlük hesab olunur;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini bilməli;
- Məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması qaydaları;
- 1C və E-GOV sistemləri ilə sərbəst işləmək bacarığı;
- Əməkhaqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi, son haqq-hesab, kompensasiyalar, bonuslar, eləcə də bayram, istirahət və artıq iş saatları (overtime) üzrə hesablamaların aparılması;
- MS Excel proqramını yüksək səviyyədə bilmək (qabaqcıl funksiyalar və analitika);
- Diqqətli, məsuliyyətli, analitik düşüncəli və hesabatlılığa önəm verən namizəd olmalıdır;
- Məlumatların məxfiliyini qorumaq və kommersiya sirrinə riayət etmək bacarığı vacibdir.
İş şəraiti
- 5 günlük iş qrafiki
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Other vacancies in this category