Əmək haqqının hesablanması üzrə mühasib köməkçisi
AZZA Cake House Период: 2026-02-23 - 2026-03-23
Количество просмотров: 509 Вакансия № 1015254
Город:

Баку


AZZA  şirkəti - bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi "Əmək haqqının hesablanması üzrə mühasib köməkçisi" vakansiyasını elan edir.           

Vəzifə öhdəlikləri:

  • İşçilərin aylıq əmək haqlarının hesablanması;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
  • DSMF tərəfindən ödənilən müavinatların dövlət elektron sisteminə işlənməsi;
  • Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtında cavablandırılması;

Namizədə olan tələblər:

  • Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi (1C proqramında əmək haqqını hesablama   təcrübəsi olan şəxslərə üstünlük verilir);
  • Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı;

Əlavə məlumatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • 5 günlük iş qrafiki.
  • Rəsmi qeydiyyat;

Namizələrdən  mövzu yerində "Əmək haqqı üzrə mühasib köməkçisi" vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə hr@azza.az  e - poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.