Əmək Münasibətləri, Müavinət və Güzəştlər üzrə Baş Mütəxəssis / Menecer
AccessBank
Период: 2025-09-04 - 2025-10-04
Количество просмотров: 836
Вакансия № 1014552
Город:
Баку
İşin təsviri:
- Əmək Məcəlləsinə və digər normativ-hüquqi aktlara uyğun əmək münasibətlərinin təşkilinə nəzarət etmək;
- Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı proseslərinə hüquqi uyğunluğun təmin olunması;
- İşçilərlə bağlı intizam tənbehləri, münaqişə halları, işdən çıxarma və digər riskli HR proseslərini hüquqi çərçivədə icra etmək;
- Daxili qayda və prosedurların hazırlanması və tətbiqini koordinasiya etmək;
- İşçi şikayətləri və müraciətləri üzrə araşdırmaları aparmaq və müvafiq tədbirlər görmək.
Müavinət və Güzəştlər üzrə:
- Müavinət və güzəştlərlə bağlı siyasət və prosedurların hazırlanması;
- Mövcud müavinət paketlərinin bazar trendlərinə uyğun qiymətləndirilməsi və yenilənməsi;
- Sığorta, sosial paketlər, sağlamlıq proqramları, iş vaxtı güzəştləri və digər tədbirlərin təşkili;
- Aylıq əməkhaqqı və digər ödənişlərin düzgün və vaxtında həyata keçirilməsi;
- Daxili və xarici (Vergi, Statistika, və s.) qurumlara təqdim ediləcək hesabatların aylıq, rüblük və illik əsasda hazırlanması və göndərilməsi.
Ümumi idarəetmə və analitika:
- HR göstəriciləri üzrə hesabatların hazırlanması (işçi dövriyyəsi, əmək haqqı xərcləri, məzuniyyət balansları və s.);
- Əmək qanunvericiliyindəki dəyişiklikləri izləmək və HR siyasətini uyğunlaşdırmaq;
- Təşkilati auditorlar və yoxlamalar üçün əmək münasibətləri üzrə sənədlərin düzgünlüyünü təmin etmək.
Tələblər:
- Ali təhsil (İnsan Resursları, Biznesin İdarəedilməsi və ya digər uyğun sahələr üzrə);
- İnsan Resursları sahəsində ən azı 5 illik iş təcrübəsi;
- Əmək Məcəlləsi, kadr uçotu, sosial sığorta və müavinət sistemi ilə bağlı normativ-hüquqi sənədlər üzrə mükəmməl bilik;
- İşçi münasibətləri, sənədləşmə və əmək mübahisələrinin idarə olunması sahəsində praktik təcrübə;
- HRIS və ERP sistemləri ilə iş bacarığı (MS Navision və ya oxşar proqram təminatları üzrə təcrübə üstünlükdür);
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, İngilis dili – yaxşı səviyyədə (rəsmi yazışma və hesabat təqdimatı səviyyəsində).
Müraciət et
Другие вакансии в этой категории
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Sistem Keyfiyyətinə Nəzarət və Sınaqlar bölməsi üzrə mütəxəssis | TuranBank | 2026-07-23 - 2026-08-23 |



