Əmək Münasibətləri, Müavinət və Güzəştlər üzrə Baş Mütəxəssis / Menecer
AccessBank Müddət: 2025-09-04 - 2025-10-04
Baxış sayı: 836 Vakansiya № 1014552
Şəhər:

Bakı


İşin təsviri:

  • Əmək Məcəlləsinə və digər normativ-hüquqi aktlara uyğun əmək münasibətlərinin təşkilinə nəzarət etmək;
  • Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı proseslərinə hüquqi uyğunluğun təmin olunması;
  • İşçilərlə bağlı intizam tənbehləri, münaqişə halları, işdən çıxarma və digər riskli HR proseslərini hüquqi çərçivədə icra etmək;
  • Daxili qayda və prosedurların hazırlanması və tətbiqini koordinasiya etmək;
  • İşçi şikayətləri və müraciətləri üzrə araşdırmaları aparmaq və müvafiq tədbirlər görmək.

Müavinət və Güzəştlər üzrə:

  • Müavinət və güzəştlərlə bağlı siyasət və prosedurların hazırlanması;
  • Mövcud müavinət paketlərinin bazar trendlərinə uyğun qiymətləndirilməsi və yenilənməsi;
  • Sığorta, sosial paketlər, sağlamlıq proqramları, iş vaxtı güzəştləri və digər tədbirlərin təşkili;
  • Aylıq əməkhaqqı və digər ödənişlərin düzgün və vaxtında həyata keçirilməsi;
  • Daxili və xarici (Vergi, Statistika, və s.) qurumlara təqdim ediləcək hesabatların aylıq, rüblük və illik əsasda hazırlanması və göndərilməsi.

Ümumi idarəetmə və analitika:

  • HR göstəriciləri üzrə hesabatların hazırlanması (işçi dövriyyəsi, əmək haqqı xərcləri, məzuniyyət balansları və s.);
  • Əmək qanunvericiliyindəki dəyişiklikləri izləmək və HR siyasətini uyğunlaşdırmaq;
  • Təşkilati auditorlar və yoxlamalar üçün əmək münasibətləri üzrə sənədlərin düzgünlüyünü təmin etmək.

Tələblər:

  • Ali təhsil (İnsan Resursları, Biznesin İdarəedilməsi və ya digər uyğun sahələr üzrə);
  • İnsan Resursları sahəsində ən azı 5 illik iş təcrübəsi;
  • Əmək Məcəlləsi, kadr uçotu, sosial sığorta və müavinət sistemi ilə bağlı normativ-hüquqi sənədlər üzrə mükəmməl bilik;
  • İşçi münasibətləri, sənədləşmə və əmək mübahisələrinin idarə olunması sahəsində praktik təcrübə;
  • HRIS və ERP sistemləri ilə iş bacarığı (MS Navision və ya oxşar proqram təminatları üzrə təcrübə üstünlükdür);
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, İngilis dili – yaxşı səviyyədə (rəsmi yazışma və hesabat təqdimatı səviyyəsində).

    Müraciət et