General English
Barattson Период: 2026-02-27 - 2026-03-31
Количество просмотров: 254 Вакансия № 1015268
Город:

Баку


Barattson MMC-nin törəmə şirkəti Barattson Kids Tədris Mərkəzində Ərəb dili, rus dili, alman dili və uşaqlar üçün ingilis dili kursları və təlimləri yüksək təcrübəli müəllimlər və təlimçilər tərəfindən keçirilir. Müəllimlərimizin bir qismi də xarici ölkələrdə sertifikatlaşmış təhsil alıb, bu gün Barattson Kids Tədris Mərkəzində tədris edirlər.

Barattson Kids tədris və təlim mərkəzi azyaşlı tələbələr üçünGeneral Englishüzrə ixtisaslaşmış müəllim vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri:

  • Müəyyən olunmuş General English proqramı əsasında dərslərin aparılması;
  • Fərdi və qrup şəklində dərslərin keçirilməsi;
  • Tələbələrin fəaliyyətinin vaxtında və tam hesabatının aparılması;
  • Müasir üsullarla dərs keçmək bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.

Əsas tələblər:

  • Advanced səviyyədə ingilis dili biliyi;
  • İngilis dili üzrə müvafiq təhsil və ya İELTS, TKT və s. Beynəlxalq sertifikat;
  • Qeyd olunan sahələr üzrə minimum 1 il iş təcrübəsi(uşaqlarla işləməyi bacaran);
  • Yaş həddi 23-40;
  • Yüksək motivasiya və komanda ilə işləmək bacarığı;
  • Rus dili biliyi;
  • Pedagoji bacarığı olmalıdır (9-13 yaş arası uşaqlarla).

 

Biz nə vəd edirik?

  • Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
  • Rahat və müasir iş mühiti;
  • Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər.
  • Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı

 

İş qrafiki: 09:00-18:00 arası hazırda tələb olunandır (əyani və onlayn formada həftənin 4 günü qrafik verə bilən namizədlərə üstünlük verilir)

Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.

Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı GE tutor kids” qeyd olunmaqla göndərməkləri xahiş olunur

 

 

 


Другие вакансии в этой категории