Müştəri Xidmətləri üzrə Təmsilçi
Barattson Период: 2026-02-20 - 2026-03-20
Количество просмотров: 540 Вакансия № 1015246
Город:

Баку


 

Əsas vəzifə öhdəlikləri:

  • Hər dərsdən əvvəl zoom-un qoşulması, linkin qrupa göndərilməsi, davamiyyət cədvəlinin yerləşdirilməsi;
  • Aylıq satış hesabatına əsasən təlimlərin bitmə tarixlərinin müəyyənləşdirilməsi;
  • Tələbələrin borcları və ilkin ödənişləri barədə məlumatlandırılması və ödənişlərə nəzarət;
  • Dərs və davamiyyət cədvəlinə nəzarət;
  • CRM proqramında HOT-lar və növbəti qrup üzrə qeyd olunan tələbələrlə əlaqə saxlanılması;
  • Ofisə yaxınlaşan tələbələrin məlumatlandırılması;
  • Aylıq satış hesabatının hazırlanması;
  • Cari vəziyyət faylının tələbə sayına əsasən doldurulması;
  • Təlim kitablarının təhvil alınması, tələbələrə verilməsi və Excel hesabatının aparılması;
  • Bölmə əməkdaşlarına dəstək göstərilməsi;

 

Əsas tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, Rus və İngilis dillərini bilmək üstünlükdür;
  • Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını, xüsusilə Excel orta səviyyədə bilmək;
  • Müştəri xidmətləri sahəsi üzrə ən azı 6 ay iş təcrübəsi olanlara üstünlük verilir.

 

Şəxsi keyfiyyətlər:

  • Xoş ünsiyyətcil, gülərüz;
  • Dinləmək qabiliyyəti;
  • Səlis nitq qabiliyyəti;
  • İnsanları inandırma bacarığı;
  • Çevik işləmək bacarığı;
  • Nizam-intizam və işinə qarşı məsuliyyətli olmaq.

 

Biz nə vəd edirik?

 

  • Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
  • Rahat və müasir iş mühiti;
  • Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər.
  • Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı

 

  • İş qrafiki: 6 iş günü (I-V 11:00-19:00, VI gün qısa iş günü);       
  • İş yeri: Elmər filialı                 
  • Əmək haqqı: 400 AZN+bonus                

 

Namizədlərdən CV formaların  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Müştəri Xidmətləri üzrə Təmsilçi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.


Другие вакансии в этой категории
Позиция Работодатель Период
Host Fairmont Baku 2025-12-04 - 2026-12-04