Hava Yolları Layihələri üzrə Kiçik Mütəxəssis
Azərbaycan Hava Yolları
Период: 2026-10-20 - 2026-11-20
Количество просмотров: 52
Вакансия № 1015888
Город:
Баку
Təsvir
- Hava yolları üzrə layihələrin icra vəziyyətini izləmək, müvafiq məlumatları toplamaq və təhlil üçün hazırlamaq;
- Layihələr üzrə hesabatların, təqdimatların və digər sənədlərin hazırlanmasına dəstək göstərmək;
- Layihə planlarının, tapşırıqların və icra müddətlərinin monitorinqini aparmaq;
- Aidiyyəti struktur bölmələrlə məlumat mübadiləsini və işlərin koordinasiyasını təmin etmək;
- Layihə məlumatlarını sistemləşdirmək və layihə reyestrini aktual vəziyyətdə saxlamaq;
- Layihələrin icrası zamanı yaranan gecikmələri və problemləri müəyyənləşdirmək, aidiyyəti şəxslərin diqqətinə çatdırmaq;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil (bakalavr);
- Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarından istifadə bacarığı;
- Layihələrin idarə edilməsi üzrə biliklərə malik olmaq; PMP sertifikatı üstünlük hesab edilə bilər;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik və problem həll etmə bacarığı;
- Təqdimat hazırlamaq və məlumatları strukturlaşdırmaq bacarığı;
- Öyrənməyə açıqlıq və dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı.
İş şəraiti
- İş rejimi: 5 günlük
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Другие вакансии в этой категории
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Performansın idarə edilməsi üzrə menecer | Sirab | 2026-10-09 - 2026-11-09 |
Другие вакансии этого работодателя
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Rəqəmsal Marketinq Şöbəsi/Data Analitika üzrə Aparıcı Mütəxəssis | Azərbaycan Hava Yolları | 2026-09-25 - 2026-10-25 |