Hava Yolları Layihələri üzrə Kiçik Mütəxəssis
Azərbaycan Hava Yolları Müddət: 2026-10-20 - 2026-11-20
Baxış sayı: 48 Vakansiya № 1015888
Şəhər:

Bakı


Təsvir

  • Hava yolları üzrə layihələrin icra vəziyyətini izləmək, müvafiq məlumatları toplamaq və təhlil üçün hazırlamaq;
  • Layihələr üzrə hesabatların, təqdimatların və digər sənədlərin hazırlanmasına dəstək göstərmək;
  • Layihə planlarının, tapşırıqların və icra müddətlərinin monitorinqini aparmaq;
  • Aidiyyəti struktur bölmələrlə məlumat mübadiləsini və işlərin koordinasiyasını təmin etmək;
  • Layihə məlumatlarını sistemləşdirmək və layihə reyestrini aktual vəziyyətdə saxlamaq;
  • Layihələrin icrası zamanı yaranan gecikmələri və problemləri müəyyənləşdirmək, aidiyyəti şəxslərin diqqətinə çatdırmaq;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil (bakalavr);
  • Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək;
  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarından istifadə bacarığı;
  • Layihələrin idarə edilməsi üzrə biliklərə malik olmaq; PMP sertifikatı üstünlük hesab edilə bilər;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Analitik və problem həll etmə bacarığı;
  • Təqdimat hazırlamaq və məlumatları strukturlaşdırmaq bacarığı;
  • Öyrənməyə açıqlıq və dəyişikliklərə uyğunlaşma bacarığı;
  • Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı.

İş şəraiti

  • İş rejimi: 5 günlük
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.


Bu kateqoriyada digər vakansiyalar