HR Mütəxəssisi
Qaya Nəqliyyat Logistika şirkəti
Период: 2026-07-29 - 2026-08-29
Количество просмотров: 102
Вакансия № 1015639
Город:
Баку
Əmək haqqı -1500-3000 Azn
Vəzifə öhdəlikləri:
- Vakansiyaların hazırlanması və yerləşdirilməsi
- CV-lərin təhlili, namizədlərin seçilməsi və müsahibələrin keçirilməsi
- Namizədlərin aktiv axtarışı və cəlb edilməsi
- İşə qəbul prosesinin A-dan Z-yə idarə olunması
- Namizədlərlə kommunikasiya və geri bildirimlərin verilməsi
- Kadr planlaması və iş analizi
- İşə qəbul strategiyasının hazırlanması və tətbiqi
- HR sisteminin qurulması və idarə olunması
- Əmək müqavilələrinin hazırlanması və kadr əmrlərinin tərtibi
- İş vaxtının uçotu və aylıq tabel cədvəllərinin hazırlanması
- Məzuniyyətlərin hesablanması və uçotu
- İşdən azad etmə prosedurlarının icrası
- Performans qiymətləndirmə və motivasiya sistemlərinin tətbiqi
- Sınaq müddətinin izlənməsi
- İşçi münasibətlərinin tənzimlənməsi
- Strateji qərarların hazırlanması və rəhbərliyə təkliflərin verilməsi
- Əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi
Qeyd: SƏTƏM bacarığı olanlara üstünlük veriləcək.
Tələblər:
- İş təcrübəsi: 3 ildən artıq
- Yaş: 30 – 55
- Ali təhsil (idarəetmə, hüquq və ya uyğun sahə üzrə arzuolunandır)
- HR sahəsində minimum 3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
Maraqlanan namizədlər öz CV-lərini a.farzaliyev@qayaneqliyyat.az elektron poçt ünvanına göndərə bilərlər.
Другие вакансии в этой категории



