İnsan resursları üzrə menecer
Superfon
Период: 2026-07-29 - 2026-08-29
Количество просмотров: 59
Вакансия № 1015638
Город:
Баку
Vəzifənin məqsədi:
- Şirkətin strateji məqsədlərinə uyğun insan resurslarının planlaşdırılmasını təmin etmək, peşəkar kadrların cəlb olunmasını, inkişaf etdirilməsini və saxlanılmasını təşkil etmək, əmək münasibətlərinin qanunvericiliyə uyğun idarə edilməsini həyata keçirmək.
Vəzifə öhdəlikləri:
- Vakansiyaların müəyyən edilməsi və işə qəbul prosesinin təşkili;
- İş elanlarının hazırlanması və yerləşdirilməsi;
- Namizədlərin seçilməsi, müsahibələrin təşkili və qiymətləndirilməsi;
- Yeni işçilərin adaptasiya proqramının həyata keçirilməsi;
- İşçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak;
- Korporativ tədbirlərin təşkilində dəstək;
- Şirkətin daxili intizam qaydalarına riayət olunmasına nəzarət;
- Vakansiyalar, işçi dövriyyəsi, adaptasiya və digər göstəricilər üzrə statistik məlumatların və hesabatların hazırlanması;
- Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrası.
Tələblər:
- Ali təhsil (İnsan Resursları, İdarəetmə, Hüquq, Psixologiya və ya digər uyğun ixtisaslar);
- İnsan resursları sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Ünsiyyət, danışıqlar aparmaq və təşkilatçılıq bacarığı;
- Analitik düşünmə və məsuliyyətlilik;
- Komandada işləmək bacarığı;
- Şirkətə məxsus mağazalara planlı və müntəzəm ziyarətlərin həyata keçirilmək;
- İşçi heyəti ilə yerində görüşlərin keçirilməsi, problemlərin və ehtiyacların müəyyən etmək;
- Ziyarət nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim etmək;
- Ezamiyyətlərə açıq olmaq;
- Şəxsi avtomobilinin olması;
- Satış sahəsində təcrübə üstünlükdür;
- Rus və ya ingilis dili üstünlükdür;
- Bəy namizədlər tələb olunur.
Təminatlar:
- 5 günlük iş qrafiki;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə;
Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində “İnsan resursları üzrə menecer” qeyd etməklə hr@superfon.az elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.
Другие вакансии в этой категории
Другие вакансии этого работодателя



