
Баку
Əsas vəzifə öhdəlikləri:
Şirkətin əməkdaş və müəllim seçim proseslərini aparmaq;Vakansiyalar üzrə tələb olunan kriteriaları müvafiq məsul şəxslərdənalınması, müvafiq elanlarının hazırlanması Aktiv vakansiyaların müvafiq mənbələrdə dərc olunması, şirkətin rəsmi sosial media səhifə
lərində vakansiya elanlarının paylaşılması üçün məlumatın marketinq şöbəsinə müvafiq kanallar vasitəsi ilə çatdırılması, ay ərzində verilən elanlar üzrə hesabat hazırlamaq;
Daxil olan CV-ləri screening etmək və qısa siyahi hazırlmaq və namizədlərə zəng edib müsahibə və ya test mərhələsinə dəvət etmək və müsahibə otağını təmin etmək;
Müsahibə vaxtını müsahibədə iştirak edəcək aidiyyatı menecerlərlə razılaşdırmaq;Müsahibəni online, offline qaydada aparmaq, nəticələrinin analizi və qərarvermə prosesində iştirak;
Müsahibə nəticəsi uğurlu olmayan namizədlərə sms və ya email vasitəsilə ilə məlumat vermək; Uyğun namizədlərlə bağlı referansların alınması;
Namizədlər barəsində bütün müvafiq məlumatları CV qeydiyyat bazasına daxil etmək, mütəmadi yeniləmək;
İşə qəbul almış əməkdalar üçün protokol hazırlamaq və müvafiq təsdiqləri təmin etmək;
Müəllm/təlimçi namizədlərinin müxtəlif mənbələrdə aktiv axtarışı və ilkin əlaqələrin qurulması;
Müəllim seçimində demoda iştirak edəcək müəllim və əməkdaş üzrə qiymətləndirmə komitəsini yaratmaq;
Demo nəticələrini aidiyyatı bölmə/şöbə menecerinə bildirmək;
Vəzifələrə görə müvafiq mühasibə sualları, qabiliyyət və psixoloji testlər hazırlamaq;
Namizədlər üçün iş təklifləri hazırlamaq və namizədə mail üzərindən göndərmək;
Yeni əməkdaşların işə başalaması üçün “check list ” hazırlamaq, əməkdaşın işə başlaması ilə əlaqədər məlumatı müvafiq şöbə və bölmə əməkdaşlarına rəsm mail üzərindən bildirmək
İşə qəbul prosesinin analizi və analitik hesabatların hazırlanması;
Yeni işçilərin adaptasiya prosesinə dəstək olmaq;
Ehtiyac olduqda əmək yarmarkalarında və karyera tədbirlərində iştirak etmək;
Əməkdaş və müəllim seçimi ürzə bütün sənədləri qovluqlarda saxlamaq və fayllara müvafiq adlar vermək.
Əsas tələblər:
Ali təhsil (İqtisadiyyat və ya İnsan Resursları sahəsində üstünlük verilir);
Azərbaycan dilini səlis bilmək mütləqdir, rus dili və ya ingilis dilini bilmək üstünlükdür;
MS Office proqramları üzrə məlumatlı olmaq (xüsusilə Excel – yaxşı səviyyədə);
Güclü ünsiyyət bacarıqları, məsuliyyətli və komandada işləməyi bacarığı;
İşə qəbul sahəsində ən azı 1 il iş təcrübəsi;
Ənənəvi və müasir İşə qəbul metodları ilə tanışlıq;
İdarəetmə və təşkilatçılıq qabiliyyəti.
İş qrafki: Beş günlük (saat 09:00-18:00);
Əmək haqqı: 700-800 AZN.
Namizədlərdən CV-lərini vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “İşə qəbul üzrə mütəxəssis” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 1 noyabr 2025-ci il.