İstedadların idarə edilməsi və inkişafı şöbə müdiri
Araz Supermarket
Период: 2025-02-18 - 2025-03-18

Количество просмотров: 301
Вакансия № 1013227
Город:
Баку
İşin təsviri:
- İstedadların idarə edilməsi, cəlb edilməsi və inkişafı üzrə strategiyaların hazırlanması və tətbiqi.
- İxtisaslaşmış və təcrübəli komandaların formalaşdırılması və idarə edilməsi.
- Əməkdaşlara dair keyfiyyətli və davamlı inkişaf proqramlarının yaradılması və monitorinqi.
- İstedadların idarəetmə proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması.
- Təşkilat daxilində işçilərin bacarıqlarını inkişaf etdirmək üçün təlim və inkişaf proqramları hazırlamaq və həyata keçirmək.
- Təlim ehtiyacları və təhlilləri əsasında təlim və məlumat xarakterli materialların hazırlanması və vaxtaşırı yenilənməsinə nəzarət etmək
- Fərdi İnkişaf Planlarının təyin edilməsi prosesinin həyata keçirilməsini təmin etmək
- Strukturun performansını idarə etmək, dəyərləndirmək, istiqamətləndirmək və komanda quruculuğu işini təşkil etmək
- Müxtəlif səviyyələrdə liderlik və menecerlər üçün təlim və mentorluq proqramlarının hazırlanması
- İnsan resursları sahəsində yeni trendlər və ən yaxşı təcrübələri izləyərək şirkətin işçi inkişaf strategiyasını modernləşdirmək
- İstedadların idarə edilməsi prosesində təşkilatın mədəniyyətini və dəyərlərini gücləndirmək.
Tələblər:
- Ali təhsil
- Yaş həddi 35+
- İnsan resursları, performans qiymətləndirmə, komanda rəhbərliyi və strateji planlaşdırma sahələrində geniş bilik və təcrübə.
- Rəhbər vəzifədə ən az 3 il iş təcrübəsi
- SAP bilikləri üstünlükdür
- Güclü ünsiyyət bacarığı
- Qərarvermə və problemləri həll etmə bacarığı
- Vaxtın və resursların effektiv idarə etmə bacarığı
- Strateji düşünmə və planlaşdırma bacarığı
- Liderlik keyfiyyətləri
- Yenilikçi yanaşmalar və həllər təklif etmə bacarığı.
- Nəticəyə yönümlülük və güclü təşkilatçılıq bacarığı
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İstedadların İdarə Edilməsi və İnkişafı şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Другие вакансии в этой категории
Позиция | Работодатель | Период |
---|---|---|
Şöbə müdiri | DOST Agentliyi | 2025-04-02 - 2025-05-02 |
Другие вакансии этого работодателя
Позиция | Работодатель | Период |
---|---|---|
Satıcı | Araz Supermarket | 2025-04-11 - 2025-05-11 |
Xərclərin uçotu üzrə mühasib | Araz Supermarket | 2025-04-04 - 2025-05-04 |