Mühasib
Glass House MMC Период: 2022-10-12 - 2022-11-12
Количество просмотров: 678 Вакансия № 1009272
Город:

Баку


Tələblər:  

  • Müvafiq sahədə 1 - 3 il iş təcrübəsi
  • Müvafiq sahədə ali təhsil
  • İşində dəqiq,məsuliyyətli olmalı
  • Tapşırılan işi vicdanla yerinə yetirməlidir
  • İşində ciddi və məsuliyyətli olmalı
  • Analitik düşünmək,istənilən problemi cəld,operativ həll etmək bacarığı
  • Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək,gündəlik görülən işlər haqqında məlumat vermək;
  • MS Office (Word, Excel) və 1C proqramlarında işləmə bacarığı

 Vəzifələr:

  •  Rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir.
  • Əmrlərə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir.
  • Müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir. Ciddi hesabat blankları hesabat qaiməsi üzrə baş mühasibin və həmin hesabat verməli olan şəxsin imzaları ilə verilir.
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir. 

 Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi  hr@glasshouse.az  elektron ünvanına göndərməyiniz və ya  1-5-ci günlər 09:00-18:00 aralığında 0125149880  nömrəsi  ilə əlaqə saxlamağınız xahiş olunur.