Satınalma üzrə mütəxəssis
Avant Group
Период: 2026-10-15 - 2026-11-15
Количество просмотров: 60
Вакансия № 1015875
Город:
Баку
Vəzifə öhdəlikləri:
- Vendorlarla gündəlik satınalma prosesləri üzrə işgüzar kommunikasiyanın aparılması;
- RFQ (Request for Quotation) sorğularının göndərilməsi və qiymət təkliflərinin toplanması;
- Tenderlər üzrə qiymət müqayisə cədvəllərinin (Comparison Sheets) hazırlanması;
- Materialların qiymətlərinin və bazar şərtlərinə uyğunluğunun təhlil edilməsi, zəruri hallarda BD Analytics-in bazar analitikası və müqayisəli qiymətləndirmə məlumatlarından istifadə olunması;
- Tender nəticələrinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması üzrə Satınalma Menecerinə və şöbə rəhbərinə dəstək göstərilməsi;
- Tikinti Departamentindən daxil olan operativ satınalma tələblərinin vaxtında icra edilməsi;
- Materialların texniki uyğunluğunun və təsdiq statusunun dəqiqləşdirilməsi məqsədilə Texniki Ofisin Material Submittals komandası ilə koordinasiyanın təmin edilməsi;
- Anbar məlumatları əsasında material qalıqlarının yoxlanılması və mövcud ehtiyatlar nəzərə alınmaqla sifarişlərin planlaşdırılması;
- Materialların texniki təsdiq statusunun yoxlanılması və yalnız təsdiqlənmiş materiallar üzrə sifarişlərin yerləşdirilməsi;
- Satınalma sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi, sənədlərin izlənəbilənliyinin və audit tələblərinə uyğunluğunun təmin edilməsi.
Tələblər:
- Ali təhsil (texniki və ya iqtisadi istiqamət üzrə təhsil üstünlükdür).
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi.
- Azərbaycan və Rus dillərini səlis bilməli;
- MS Excel üzrə güclü biliklər; RFQ və müqayisə cədvəllərinin hazırlanması üzrə təcrübə.
- ERP sistemləri ilə iş təcrübəsi.
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 2000-2500 AZN (net)
- İş yeri - Çıraq plaza
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq vusala.racabova@avantgroup.az elektron poçt ünvanına göndərə bilərlər.
Другие вакансии в этой категории
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Təchizat üzrə aparıcı mütəxəssis | ATS FOOD | 2026-10-15 - 2026-11-15 |
| Satınalma üzrə mütəxəssis | Agro-West Pro | 2026-09-24 - 2026-10-24 |