Təchizat üzrə aparıcı mütəxəssis
ATS FOOD
Период: 2026-10-15 - 2026-11-15
Количество просмотров: 55
Вакансия № 1015873
Город:
Баку
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- Nəqliyyat xidmətləri və nəqliyyat vasitələri ilə bağlı satınalma bazarının araşdırılması, yerli və xarici təchizatçıların müəyyən edilməsi, təchizatçı bazasının formalaşdırılması və təhlili;
- Nəqliyyat xidmətləri, yükdaşıma, nəqliyyat vasitələrinin icarəsi, ehtiyat hissələri, texniki xidmət və təmir, eləcə də digər nəqliyyat ehtiyacları üzrə satınalma prosesinin təşkili və idarə edilməsi;
- Daxili sifarişlər əsasında satınalma tələbatının təhlil edilməsi, müvafiq kateqoriyalar üzrə mal və xidmətlərin şirkətin daxili prosedurlarına uyğun, vaxtında və sərfəli şərtlərlə satın alınmasının təmin edilməsi;
- Nəqliyyat və logistika üzrə sifarişçilərlə sıx əməkdaşlıq edilməsi, texniki tələblərin və büdcə ehtiyaclarının dəqiqləşdirilməsi, xərclərin optimallaşdırılması məqsədilə alternativlərin qiymətləndirilməsi;
- Potensial təchizatçılara qiymət təklifləri sorğularının göndərilməsi, kommersiya təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması, qiymət, keyfiyyət, çatdırılma müddəti və xidmət şərtlərinin qiymətləndirilməsi;
- Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və xidmət şərtləri üzrə danışıqların aparılması, sərfəli satınalma şərtlərinin əldə edilməsi;
- Nəqliyyat xidmətləri və əlaqəli mal-materialların satın alınması üzrə tender prosesinin təşkili, tender sənədlərinin hazırlanması və tender komissiyasının işinin koordinasiyası;
- Satınalma sifarişlərinin hazırlanması, yerləşdirilməsi, icrasına nəzarət edilməsi və sifarişlərin vaxtında bağlanmasının təmin olunması;
- Nəqliyyat xidmətləri üzrə müqavilələrin hazırlanması prosesinin təşkili, müqavilə şərtlərinin razılaşdırılması və müqavilə öhdəliklərinin icrasına nəzarət edilməsi;
- Təchizatçılarla əməkdaşlığın, göstərilən xidmətlərin keyfiyyətinin və razılaşdırılmış şərtlərə uyğunluğun qiymətləndirilməsi;
- Satınalma və tender prosesləri üzrə sənədləşmənin aparılması, müvafiq reyestrlərin və hesabatların hazırlanması;
- Satınalma xərclərinin təhlil edilməsi, büdcəyə uyğunluğun izlənilməsi və xərclərin azaldılması imkanlarının müəyyənləşdirilməsi.
Namizədə dair tələblər
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Nəqliyyat və ya müvafiq sahələr üzrə);
- Satınalma sahəsində minimum 5 il iş təcrübəsi; nəqliyyat və logistika xidmətləri üzrə satınalma təcrübəsi üstünlükdür;
- Azərbaycan dilini əla, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
- Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- 1C və ERP sistemləri ilə işləmək bacarığı;
- Satınalma prosedurları, tender prosesləri, müqavilə şərtləri və kommersiya danışıqları üzrə biliklər;
- Analitik düşünmə, danışıqlar aparmaq, təhlil etmək və xərcləri optimallaşdırmaq bacarığı;
- Satınalma sahəsi üzrə peşəkar sertifikatların olması üstünlükdür.
İş qrafiki:
- 5 günlük iş qrafiki;
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun təyin edilir.
Üstünlüklərimiz:
- Nahar və servis təminatı
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təchizat üzrə aparıcı mütəxəssis” başlığı ilə hr@atsfood.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Другие вакансии в этой категории
| Позиция | Работодатель | Период |
|---|---|---|
| Satınalma üzrə mütəxəssis | Avant Group | 2026-10-15 - 2026-11-15 |
| Satınalma üzrə mütəxəssis | Agro-West Pro | 2026-09-24 - 2026-10-24 |