SƏTƏM üzrə Aparıcı Mütəxəssis
Zeytun Pharmaceuticals Период: 2026-09-03 - 2026-10-03
Количество просмотров: 72 Вакансия № 1015756
Город:

Баку


Vəzifə funksiyaları:

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanmasında iştirak etmək;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanmasında iştirak etmək;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə oratya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək;
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürmək;
  • Fəaliyyət ilə bağlı mütəmadi olaraq müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim etmək və s.

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə 5 il iş təcrübəsi;
  • MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • Sahə üzrə sertifikatların olması arzuolunandır.

İş şəraiti:

  • 6 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi siğorta ilə təmin olunur;
  • İş yeri: NZS qəs., Oqtay Vəliyev 21C;
  • Əmək haqqı: 1500 - 1800 AZN

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az  elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.


Другие вакансии в этой категории
Позиция Работодатель Период
SƏTƏM mütəxəssisi Avrora 2026-08-27 - 2026-09-27
Другие вакансии этого работодателя
Позиция Работодатель Период
Kargüzar Zeytun Pharmaceuticals 2025-12-08 - 2026-12-08