SƏTƏM üzrə Aparıcı Mütəxəssis
Zeytun Pharmaceuticals
Müddət: 2026-09-03 - 2026-10-03
Baxış sayı: 69
Vakansiya № 1015756
Şəhər:
Bakı
Vəzifə funksiyaları:
- Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanmasında iştirak etmək;
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanmasında iştirak etmək;
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
- İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə oratya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək;
- Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etmək;
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürmək;
- Fəaliyyət ilə bağlı mütəmadi olaraq müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim etmək və s.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə 5 il iş təcrübəsi;
- MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
- Sahə üzrə sertifikatların olması arzuolunandır.
İş şəraiti:
- 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Tibbi siğorta ilə təmin olunur;
- İş yeri: NZS qəs., Oqtay Vəliyev 21C;
- Əmək haqqı: 1500 - 1800 AZN
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| SƏTƏM mütəxəssisi | Avrora | 2026-08-27 - 2026-09-27 |
Bu şirkətin digər vakansiyaları
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Kargüzar | Zeytun Pharmaceuticals | 2025-12-08 - 2026-12-08 |