Баку
İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri, Heydər Əliyev pr,164
Öhdəliklər:
- Cari risklərin qiymətləndirilməsində, sorğunun aparılmasında, sığorta şərtlərinin və tarifin müəyyən edilməsində və təkliflərin hazırlanmasında iştirak;
- Müştərilərin qiymətləndirilməsi məqsədilə tibb mərkəzləri ilə əlaqələrin qurulması və əməkdaşlıq nəticələrinin təhlili;
- Təkrarsığorta müqavilələri üzrə şərtlərin təhlil olunması;
- Məlumat bazasına məlumat daxil etməklə müqavilələr üzrə məlumatların işlənilməsi;
- Gözlənilən təkrarsığorta haqlarının və sığorta ödənişlərində təkrarsığortaçının payının hesablanması;
- Sığorta hadisəsinin baş verməsi ehtimalına təsir göstərə biləcək faktorların aşkar edilməsi və bu iş üzrə müvafiq hesabatların və kommunikasiyanın aparılması;
- Şöbədə aparılan işlər üzrə hesabatların hazırlanması;
- Beynəlxalq təcrübənin araşdırılması, müxtəlif istiqamətlər üzrə təhlillərin aparılması və təqdimatların hazırlanması;
- Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat və maliyyə sahələri üzrə);
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;
Fərdi keyfiyyət tələbləri:
Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Qeyd: Tələblərə uyğun namizədlər CV-lərini azərbaycan dilində və mövzu hissəsində vakansiyanın adını “Təkrarsığorta və anderraytinq şöbəsinə stajçı/ kiçik mütəxəssis” qeyd etməklə hr@xalqhayat.az elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.





